1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
Layihə çərçivəsində görüş
01.04.2017 / No11

 
 

 

 


“Uğur üçün tədris” (SPEX) layihəsinin ilk mərhələsi olan Dil Təkmilləşdirmə təlimləri ilə bağlı görüş keçirilib.
Görüşdə “Uğur üçün tədris” layihəsinin koordinatorları və layihəyə cəlb olunan məktəb rəhbərləri iştirak ediblər.
Görüşdə 3 ay davam edən təlimlərdə müəllimlərin peşəkar inkişafı, təlim nailiyyətlərinin qiymətləndirilməsi, təlim mərkəzlərinin imkanları barədə ümumi təhsil məktəblərinin rəhbərləri ilə müzakirələr aparılıb. Bundan başqa, layihə barədə məktəb rəhbərlərinin təəssürat, rəy və təklifləri dəyərləndirilib, onların müvafiq tələblərə uyğunluğu müzakirə edilib. İclasda bildirilib ki, Dil Təkmilləşdirmə təlimlərinin həyata keçirilməsində əsas məqsəd müəllimlərin ingilis dilində danışıq səriştəsinin artırılması, danışığın tədrisi və qiymətləndirilməsi qabiliyyətinin təkmilləşdirilməsindən ibarət olub.
Layihə koordinatorları aprel ayından start götürəcək layihənin növbəti mərhələsi olan metodologiya təlimlərinin mahiyyəti, təlim cədvəlləri, təlimlərdə əldə olunan nəzəri biliklərin dərslərdə tətbiqi mexanizmləri barədə məlumat veriblər.
Qeyd edək ki, “Uğur üçün tədris” (SPEX) layihəsi Bakı Şəhəri üzrə Təhsil İdarəsi, “British Council” təşkilatı və Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun birgə əməkdaşlığı çərçivəsində həyata keçirilir.

www.baku.edu.gov.az
 

yuxarı ⤴