1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Asiya qitəsinin ən yaxşı universitetlərinin reytinqi
01.04.2017 / No11

 

 

 


Oruc MUSTAFAYEV,
“Azərbaycan müəllimi”

Böyük Britaniyanın təhsil xidmətləri sahəsində ixtisaslaşmış nüfuzlu konsaltinq şirkəti olan "Times Higher Education" (THE) Asiya qitəsinin ən yaxşı universitetlərinin növbəti reytinqini (Asia University Rankings 2017) dərc edib. Tədqiqatçılar tərəfindən siyahının tərtib edilməsi prosesində qitənin 300 ali məktəbi təhlil olunub. Ekspertlər ali məktəblərin fəaliyyətini qiymətləndirərkən tədrisin keyfiyyəti, beynəlxalq tələbə və müəllim mobilliyi, akademik nüfuz, elmi məqalələrdən sitatgətirilmə, elmi tədqiqatlardan əldə olunan gəlirlər, təhsil xidmətlərinin səviyyəsi və s. kimi 13 kriteriyaya əsaslanıblar.
Sinqapur Milli Universiteti (National University of Singapore) ikinci ildir ki, ardıcıl surətdə qitənin ən yaxşı universitetlərinin siyahısına başçılıq edir. Çinin Pekin Universiteti (Peking University) əvvəlki kimi ikinci yeri tutur, ötən il sıralamada beşinci yerdə olan Tsinxua Universiteti (Tsinghua University) bu il üçüncü mövqedə qərarlaşıb. Yaponiya əvvəlki kimi reytinqdə təqdim edilmiş universitetlərin sayına görə liderdir. Gündoğar ölkə reytinqdə 69 universitetlə təmsil olunub. Bununla belə, Yaponiya ali məktəblərinin əksəriyyəti keçən illə müqayisədə builki reytinqdə öz mövqelərini itirib. Əksinə, Çin, Honkonq və Hindistanın universitetləri sıralamada daha yüksək mövqeləri tuturlar. Reytinqdən göründüyü kimi, Malayziya, İndoneziya, Pakistan və Tailand gələcəkdə Çin və Cənubi Koreya kimi Asiyada ali təhsilin aparıcı mərkəzləri ola bilərlər. Türkiyə 100-lükdə 6 universitetlə təmsil olunub. Onlardan Koç Universiteti reytinqdə daha yaxşı mövqedə, 28-ci yerdədir. Reytinqlə daha ətraflı www.timeshighereducation.com/world-university-rankings  səhifəsindən tanış olmaq olar.

Asiya qitəsinin ən yaxşı universitetlərinin reytinqi
 

yuxarı ⤴