1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//18.08.2017

 
 

 
 

 
 

 
 

“Əsas məqsəd tələbələr arasında futbolun kütləviliyini təmin etməkdir”
01.04.2017 / No11

 

 


Lətif Novruzovun sözlərinə görə, FİFA referiləri də tələbə komandalarının oyunlarını idarə edəcəklər

Xəbər verdiyimiz kimi, fevralın 22-də ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında futbol üzrə VII Respublika çempionatına start verilib. Yarışların gedişi barədə Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin baş katibi Lətif Novruzovla söhbət etdik:

- Çempionat Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin (ATFF) 2016-2020-ci illərdə fəaliyyət planına əsasən, ATFF və Azərbaycan Futbol Federasiyası Assosiasiyasının təşkilatçılığı, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Sahə Futbol Federasiyasının dəstəyi ilə keçirilir. Burada əsas məqsəd ölkəmizin ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında futbolun kütləviliyini təmin etmək, beynəlxalq yarışlarda iştirak etmək üçün respublikanın tələbələrdən ibarət yığma komandasına namizədləri müəyyənləşdirməkdir.
Oyunlar FİFA-nın mövcud qaydaları əsasında keçirilir və AFFA-nın Hakimlər Komitəsi tərəfindən təsdiq edilmiş hakimlər heyəti tərəfindən idarə olunur. Çempionata 39 komanda ilə start verilib.
- Hazırda yarışların hansı mərhələsinin oyunları keçirilir?
- İndi biz çempionatın PLAY-OFF(1/8 final) mərhələsindəyik. Bu mərhələdə 16 komanda tərkibində 200-ə yaxın tələbə futbolçu oynayacaq. Oyunların 6-sı Bakı şəhərində, 2-si isə Şirvan şəhərində baş tutacaq. Yarışlar aprelin 1 və 2-də Binə qəsəbə, Milli Aviasiya Akademiyasının stadionlarında və “Neftçi” Təlim Məşq Mərkəzində, regionlar üzrə isə Şirvan Şəhər Olimpiya Kompleksində keçiriləcək. Bu mərhələyə çıxan komandalar sırasında əvvəlki illərdən fərqli olaraq Gəncə Texnologiya Universiteti, Lənkəran Dövlət Universiteti, Gəncə Dövlət Universiteti və Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin təmsilçiləri yer alıblar. Yarışlara aprelin 22-də yekun vurulacaq.
- Çempionata olan maraq sizi qane edirmi?
- Sevindirici hal ondan ibarətdir ki, tələbələr arasında idmanın bu növü üzrə kütləvilik ilbəil artmaq üzrədir. Qeyd etmək istərdim ki, builki yarışlarda 39 ali və orta ixtisas təhsili müəssisələrindən 800-dən artıq tələbə futbolçu qeydiyyatdan keçərək yarışlara qatılıb.
AFFA-nın Hakimlər Komitəsi tərəfindən təyin edilmiş hakimlər heyəti tərəfindən idarə olunmaqla yanaşı, finala yaxınlaşdıqca oyunların çətinliyini nəzərə alaraq PLAY-OFF, yarımfinal mərhələsində FİFA referiləri də tələbə komandalarının oyunlarını idarə edəcəklər.
Ən başlıcası odur ki, Təhsil, Gənclər və İdman nazirlikləri, AFFA-nın rəhbərliyi bizə çempionatın keçirilməsində yaxından kömək edirlər.
Çempionatın finalında I, II və III yerləri tutan komandalar diplom, kubok, medal və qiymətli hədiyyələrlə mükafatlandırılacaq. Həmçinin təsis edilmiş 5 nominasiya üzrə seçiləcək tələbə futbolçulara xüsusi mükafatlar veriləcək.

Rəşad ZİYADOV,
“Azərbaycan müəllimi”
 

yuxarı ⤴