1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//18.08.2017

 
 

 
 

 
 

 
 

“Olimpiya Hərəkatı-2017” davam edir
01.04.2017 / No11

 

 

 


“Olimpiya Hərəkatı-2017” (“Olympic Moves-2017”) idman proqramı çərçivəsində rayondaxili yarışlar davam edir. Rayondaxili yarışlarda Bakı şəhərindən 294, regionlardan isə 112 məktəb olmaqla, ümumilikdə 406 məktəb iştirak edir. Qarşılaşmalar 5 idman növü – voleybol, basketbol, badminton, velosiped yarışı və atletika üzrə keçirilir. Mart ayının əvvəllərindən start götürən rayondaxili yarışlar iyun ayına qədər davam edəcək.
Qeyd edək ki, “Olimpiya Hərəkatı-2017” idman proqramı Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir. Proqramın əsas məqsədi olimpiya idman növlərinin məktəblilər arasında təbliğini aparmaqla, şagirdləri sağlam və aktiv həyat tərzinə cəlb etmək, ümumi təhsil müəssisələrində fiziki tərbiyə fənninə marağı daha da artırmaq, idman federasiyaları və idman məktəbləri arasındakı əməkdaşlığı genişləndirmək, olimpiya idman komplekslərindən səmərəli istifadəni təmin etməkdən ibarətdir.

 

yuxarı ⤴