1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






Elm xəbərləri
01.04.2017 / No11

 
 

 

 


11-32
1 Gbit internet sürətini dəstəkləyən “LTE” modem təqdim edilib

1000 Mbit/s yükləmə sürəti mobil şəbəkələrin inkişafında yeni mərhələdir. Avstraliyanın “Telstra” operatoru artıq dünyada ilk Gbit-lik “LTE” şəbəkəsini istifadəyə verib. “MWC 2017” sərgisində isə bu sürəti dəstəkləyən “ZTE Gigabit Phone” smartfonu təqdim olunacaq. “XMM 7560” adlı yeni “LTE” modemini təqdim etmiş “Intel” korporasiyası da bu bazar uğrunda mübarizə aparacaq. Bu “LTE” modem məlumatları 1 Gbit/s sürətlə yükləyir və 225 Mbit/s sürətlə ötürür. Modem smartfon, planşet, noutbuk və digər mobil qurğularda istifadə edilə bilər.
www.4pda.ru  saytının məlumatına görə, yeni modem ənənəvi “LTE” şəbəkələrlə müqayisədə daha yüksək sürətə malikdir. Modemin kommersiya qurğularında tətbiq olunma vaxtı haqqında isə hələ ki, dəqiq məlumat verilmir.


Mobil proqram cinayət haqqında xəbərdarlıq edəcək

Nyu-York sakinləri xüsusi mobil proqram vasitəsilə real vaxt rejimində yaxınlıqda baş verən cinayətlər haqqında bildirişlər almaq imkanı əldə ediblər.
www.hitech.newsru.com  saytının məlumatına görə, “Citizen” (“Vətəndaş”) adlı proqram ötən həftə iOS və Android əməliyyat sistemləri ilə işləyən qurğuların istifadəçiləri üçün əlçatan olub. Bu, 2016-cı ilin payızında istifadəyə verilmiş, lakin sonradan “App Store”dan silinmiş “Vigilante” proqramının yenilənmiş versiyasıdır.
“Citizen” hazırda Nyu-Yorkun 5 rayonunun ərazisində işləyir. Xidmətin əməkdaşları polis və yanğın xidmətinin açıq kanallarını dinləyərək cinayətlərin baş verdiyi nöqtələri xəritədə işarələyirlər. Sonra hadisə yerinin yaxınlığında olan istifadəçilər ünvan və cinayətə dair qısa xəbərdarlıq alırlar. Bunun sayəsində onlar cinayətin təsadüfi qurbanı olmamaq üçün öz yolunu dəyişdirə bilərlər.
Proqram hələ ki, Nyu-York polisinin rəsmi razılığını almayıb. Eyni zamanda xidmətin yaradıcısı, sahibkar Endryu Freym “Citizen” nümayəndələrinin müntəzəm olaraq Nyu-York polisi, şəhər xidmətləri və yerli cəmiyyətlərin bəzi liderləri ilə qarşılıqlı əlaqədə olduqlarını qeyd edib. O, proqramın digər şəhərlərdə də işləməyə başlayacağına ümid etdiyini bildirib.


Gözlərin hərəkəti ilə mətn yığmağa imkan verən unikal proqram

ABŞ-ın “Microsoft” korporasiyasının mühəndisləri gözlərin hərəkəti ilə mətn yığmağa imkan verən unikal proqram hazırlayıblar. Yeni proqram fiziki imkanları məhdud olan insanlara ünsiyyət qurmaqda kömək göstərmək üçün nəzərdə tutulub.
www.runews24.ru  saytının məlumatına görə, məhsulun yaradılması zamanı “Microsoft” mühəndislərinə ABŞ-ın Vaşinqton Elmi Universitetinin mütəxəssisləri texniki dəstək göstəriblər. “Eye-gaze” adlandırılmış proqram videokameraya smartfon və ya fablet istifadəçilərinin gözlərinin hərəkətini izləməyə imkan verir. Proqram göz bəbəklərinin hərəkət trayektoriyasını yadda saxlayaraq məlumatları virtual klaviaturanın düymələrinə köçürərək modelləşdirə bilir.
Unikal proqramdan istifadə etdikdə mürəkkəb bir cümlənin yığılmasına 1 dəqiqə yarım sərf olunacaq.


Ekranı mexaniki zədələrdən qoruyan maye şüşə hazırlanıb

“Indiegogo” vəsait toplama platformasında maye şüşənin istehsalına vəsait toplanılması kampaniyasına start verilib. “ProtectPax” istənilən şüşə səthini (smartfonun ekranı, planşetlər, eynək linzaları və s.) mexaniki zədələrdən qorumaq üçün nəzərdə tutulmuş tərkibdir. İstehsalçılar mayenin tərkibində istifadə edilmiş texnologiyaların aviasiya və aerokosmik sahələrdə tətbiq olunduğunu iddia edirlər.
www.hi-tech.mail.ru  saytının məlumatına görə, ekranın səthinə çəkilən qatın qalınlığı 0,0004 mm-dir. Müqayisə üçün bildirək ki, adi qoruyucu şüşələrin qalınlığı 0,3 mm-dir. Bərkimiş tərkib 365 gün ərzində görünməz olur.
Tərkib mexaniki zədələrdən qorumaqla yanaşı, qurğudan istifadə zamanı elektromaqnit şüanın intensivliyini də 92,7 faiz aşağı salır və bakteriyaların 99 faizini neytrallaşdırır. Maye, həmçinin barmaq izlərinin olması barədə xəbərdarlıq edir və suya davamlıdır.
Kameranı qoruyan şüşəyə bu tərkibi sürtdükdə çəkilişin keyfiyyəti yaxşılaşır və ekranın reaksiya qabiliyyəti artır. “ProtectPax”ı ekranın səthinə çəkmək üçün onu salfetlə təmizləmək və tərkibi üzərində yaymaq lazımdır. Səthə bu tərkibdən çəkdikdən 10 dəqiqə sonra o öz təsirini göstərir.

www.ikt.az  saytının materialları əsasında hazırladı:
Yusif ƏLİYEV,
“Azərbaycan müəllimi”

 

yuxarı ⤴