1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//08.12.2017

//08.12.2017

//08.12.2017

//08.12.2017



 
 
“Alternativ enerji mənbələri” mövzusunda elmi-praktik seminar
01.04.2017 / No11

 

 

 


Martın 28-də Bakıdakı 247 nömrəli tam orta məktəbdə fizika müəllimi Gülarə Xeyrullazadənin rəhbərliyi altında siniflərarası əməkdaşlıq çərçivəsində “Alternativ enerji mənbələri” mövzusunda elmi-praktik seminar keçirilib. Seminarda VIII və XI sinif şagirdləri iştirak ediblər.
Əvvəlcə şagirdlər alternativ enerji mənbələri haqqında hazırladıqları materialları təqdim ediblər. Onlar ölkəmizin yerləşdiyi əlverişli coğrafi şərait, dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi respublikamızda da olan alternativ enerji mənbələri haqqında geniş məlumat veriblər. Qeyd olunub ki, alternativ enerji təbiətin çirklənməsinin qarşısını almaq məqsədi ilə işlənən enerji çeşidlərinin ümumiləşmiş adıdır. Alternativ enerji daha çox gələcəyə yönələn perspektiv sahədir. O bu gün çox yayılmasa da ətraf mühiti təmiz saxlamaq və iqtisadi səmərəlilik baxımından əlverişlidir.
Seminar iştirakçıları XI sinif şagirdi Ramiz Mirzəzadənin hazırladığı suyun mexaniki enerjisini elektrik enerjisinə çevirən, atmosferi çirkləndirməyən cihazla da tanış olublar və bu cihaz haqqında ona müxtəlif suallar veriblər.
Sonda şagirdlər bildiriblər ki, respublikamızın enerjiyə olan tələbatını ödəmək üçün müxtəlif alternativ enerji mənbələri tapılmalı və bu mənbələrdən dinc məqsədlər, əhalinin rifahı üçün istifadə edilməlidir.

Rəşad ZİYADOV, “Azərbaycan müəllimi”

 

yuxarı ⤴