1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






Mərkəzi İncəsənət Məktəbinin şagirdi beynəlxalq müsabiqədə birinci yeri tutub
01.04.2017 / No11

 
 

 

 


Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin vokal ixtisası üzrə IX sinif şagirdi Lalə İbrahimova Estoniyanın Kotla-Yarva şəhərində keçirilən XII Beynəlxalq Akademik vokal üzrə müsabiqədə ölkəmizi layiqincə təmsil edib.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, müsabiqə 4 kateqoriya üzrə 2 turdan ibarət olub. Hər iki turda uğurlu çıxışların nəticəsi olaraq Lalə İbrahimova III yaş kateqoriyası üzrə laureat adı qazanıb. Tallin şəhərində laureatların qala-konsertində də o, uğurla çıxış edib. Azərbaycan diasporasının nümayəndələrinin də iştirak etdiyi konsertdə L.İbrahimovaya diaspora adından xüsusi hədiyyələr təqdim olunub.


 

yuxarı ⤴