1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Praqada Azərbaycan haqqında fotosərgi açılıb
01.04.2017 / No11

 
 

 

 


Praqada Bakı Dövlət və Karl universitetlərinin biologiya fakültələrinin əməkdaşlığının 45 illiyinə həsr edilmiş Azərbaycan haqqında fotosərgi açılıb. Praqanın məşhur Karl Universitetinin biologiya fakültəsinə məxsus Botanika bağında açılan fotosərgi hər iki universitetin biologiya fakültəsinin təşkilatçılığı və Azərbaycanın Çexiyadakı səfirliyinin töhfəsi əsasında təşkil edilib. Sərgi bir həftə davam edib. Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev sərgidə Azərbaycan təbiətinin gözəlliklərini əks etdirən fotoşəkillərlə tanış olub. Sərginin təşkilatçıları ilə görüşən diplomat səfirliyin tədbirin keçirilməsinə verdiyi töhfədən və universitetlərimiz arasında çox yaxın əməkdaşlıq əlaqələrinin qurulmasından məmnunluğunu ifadə edib.
Azərbaycanın flora və faunası, milli təbiət qoruqları, ölkəmizin təbiətinin əsrarəngiz zənginliklərini ehtiva edən fotoların nümayiş olunduğu sərgi qonaqların marağına səbəb olub.

AZƏRTAC

 

yuxarı ⤴