1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Diaqnostik qiymətləndirmənin növbəti mərhələsi başlanır
08.04.2017 / No12

 

 

 


Qiymətləndirmədən keçən müəllimlərin əməkhaqları 2018-ci ilin yanvarından artırılacaq

Ölkənin 26 şəhər və rayonunun dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinə başlanılır. Bununla bağlı aprelin 7-də Təhsil Nazirliyində keçirilən mətbuat konfransında nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, aprelin 16-dan başlayaraq 2 ay ərzində keçiriləcək növbəti diaqnostik qiymətləndirmə təxminən 45 min müəllimi əhatə edəcək. Qiymətləndirmənin “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın təhsilverənlərin bilik, bacarıq və səriştəsinin artırılmasını nəzərdə tutan maddələrinə uyğun keçirildiyini deyən C.Valehov 2014-cü ildən Bakı şəhərində başlayan prosesin mərhələlərlə ölkənin digər bölgələrində də təşkil olunduğunu söyləyib. Bildirib ki, indiyədək 100 minə qədər müəllim diaqnostik qiymətləndirmədən keçib və ölkə Prezidentinin müvafiq sərəncamları ilə onların dərs yükü və əməkhaqqı artırılıb.
Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir əvəzi Eşqi Bağırov bildirib ki, ilk diaqnostik qiymətləndirmə 16-21 aprel 2017-ci il tarixlərində Bərdə Olimpiya İdman Kompleksində təşkil olunacaq. 5 gün ərzində keçiriləcək qiymətləndirmədə Ağdam, Füzuli, Bərdə, Tərtər, Beyləqan, Laçın, Kəlbəcər, Xocavənd və Cəbrayıl rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlər iştirak edəcək.
Ağstafa, Tovuz və Qazax rayonlarının ümumi təhsil müəssisələrində çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsi 25-27 aprel 2017-ci il tarixlərində Tovuz rayonunda keçiriləcək.
Qax, Qəbələ, Şəki, Zaqatala, Balakən, Oğuz, həmçinin bu rayonlarda yerləşən Ağdam, Laçın, Kəlbəcər və Xocalı rayonlarının ümumi təhsil müəssisələrində çalışan müəllimlərin qiymətləndirilməsi 1-6 may 2017-ci il tarixlərində Qax rayonunda təşkil olunacaq.
12-17 may 2017-ci il tarixlərində Mingəçevirdə Kür Olimpiya İdman Mərkəzində keçiriləcək diaqnostik qiymətləndirmədə Mingəçevir və Naftalan şəhər, Yevlax, Ağdaş, Goranboy, Göyçay, eləcə də bu rayonlardakı Kəlbəcər, Ağdam, Xocalı və Laçın rayonlarının ümumi təhsil müəssisələrinin müəllimləri iştirak edəcək.
Bakı şəhərində keçiriləcək diaqnostik qiymətləndirmə isə iki gün davam edəcək. 24-25 may 2017-ci il tarixlərində keçiriləcək qiymətləndirməyə Bakı şəhərindəki Zəngilan, Xocavənd, Cəbrayıl, Xocalı, Kəlbəcər, Ağdam, Füzuli və Laçın rayonlarının ümumi təhsil müəssisələrində çalışan müəllimlər cəlb ediləcək.
Bununla da respublikada çalışan bütün müəllimlərin diaqnostik qiymətləndirmədən keçmiş olacaqlarını deyən E.Bağırov bu mərhələdə qiymətləndirmədən keçən müəllimlərin əməkhaqlarının 2018-ci ilin yanvarından artırılacağını diqqətə çatdırıb.
Qeyd olunub ki, diaqnostik qiymətləndirmədə iştirak edəcək müəllimlər www.dq.edu.az saytına daxil olmaqla bu barədə ətraflı məlumat ala bilərlər. Hər bir namizədin şəxsi səhifəsində diaqnostik qiymətləndirmənin keçirilmə tarixi və vaxtı ilə bağlı məlumat yerləşdiriləcək. Eyni zamanda həmin saytda diaqnostik qiymətləndirmənin elektron qaydada kompüter vasitəsi ilə keçirilməsi və hər bir müəllimin imtahana qədər kompüterdən istifadə vərdişlərinin inkişaf etdirilməsi məqsədi ilə “Simulyativ test” bölməsi yaradılıb.
Diaqnostik qiymətləndirmədə qeyd olunan rayonların dövlət ümumi təhsil müəssisələrində müddətsiz və müddətli müqavilə ilə çalışan müəllimlərlə yanaşı, gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri də iştirak edəcəklər.
Diaqnostik qiymətləndirmənin nəticələrinə əsasən müəllimlərin bilik və bacarıq səviyyələri müəyyənləşdiriləcək, onların dərs yükü norması və əməkhaqqı artırılmaqla maddi rifahı yaxşılaşdırılacaq. Həmçinin həmin müəllimlər inkişafyönümlü təlimlərə cəlb ediləcəklər.

Yusif ƏLİYEV
 

yuxarı ⤴