1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
SABAH qruplarının heyəti xarici səfərdə olub
08.04.2017 / No12

 
 

 

 


SABAH qruplarının professor-müəllim heyəti Paris-Sorbon Universitetinin keçirdiyi layihə çərçivəsində mübadilə proqramı üzrə İspaniya Krallığının Madrid şəhərində səfərdə olub. İspaniyanın Kral Xuan Karlos Universiteti, Madrid Komplutense Universiteti və Nebrija Universitetində görüşlərdə olan heyət həmin universitetlərdə tədrisin təşkili, kredit sistemi, tələbələrin qiymətləndirilməsi, tələbə və müəllim mübadiləsi, universitetin idarə olunması metodları haqqında müzakirələrdə iştirak edib.
SABAH qruplarının digər heyəti Çexiya Respublikasının Praqa şəhərində Beynəlxalq Təkmilləşdirmə İnstitutunda keçirilən (Prague İnstitute for Qualification Enhancement) təlimlərə qatılıb. Müəllimlər "Universitetlərin beynəlxalq əməkdaşlığı: nəzəriyyə və təcrübə", tələbələr isə “Akademik yazı” adlı təlimlərdə iştirak edib.

 

yuxarı ⤴