1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Tam orta təhsilini bitirə bilməyənlər eksternat imtahanları verəcək
08.04.2017 / No12

 
 

 

 


Əvvəlki illərdə ümumi təhsil məktəblərində oxuyub tam orta təhsilini bitirə bilməyən şagirdlər üçün 11, 12, 13 may tarixlərində eksternat qaydasında imtahanlar keçiriləcək. Qeydiyyat və sənəd qəbulu aprelin 3-dən 21-dək (yalnız iş günləri) Bakı Şəhəri üzrə Təhsil İdarəsində aparılacaq.
Eksternat imtahanları 45 nömrəli tam orta məktəbdə keçiriləcək. Ərizələri BŞTİ tərəfindən qəbul edilmiş eksternlər 3, 4, 5 may tarixlərində saat 10:00-dan 16:00-dək 45 nömrəli tam orta məktəbdən (şəxsiyyət vəsiqələrini təqdim etməklə) imtahana buraxılış vərəqələrini əldə edə biləcəklər.
Eksternat imtahanları 3 gün ərzində əsas fənlər üzrə keçiriləcək. Eksternlərin hər günə ən çoxu 5 fənn üzrə imtahan verməsi nəzərdə tutulmuş, hər imtahan günü üçün 3 saat vaxt təyin edilmişdir. Eksternlər hər fənn üzrə 10 suala cavab verəcəklər. Eksternat imtahanlarında uğur qazanmış şəxslər tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququna sahib olacaqlar.

 

yuxarı ⤴