1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
UNEC kollektivi Lələtəpədə
08.04.2017 / No12

 

 

 


UNEC-in rektoru, professor Ədalət Muradov və universitetin müəllim-tələbə heyəti Azərbaycan Ordusunun ötən ilin aprel döyüşlərində qazandığı qələbə münasibətilə Horadiz şəhərinə və Lələtəpə yüksəkliyinə səfər edib.
Müdafiə Nazirliyi və Füzuli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən səfərdə UNEC kollektivi ümummilli lider Heydər Əliyevin Horadizdəki abidəsini ziyarət edərək, önünə təzə gül dəstələri qoyublar. Heydər Əliyev parkından Horadiz-Cəbrayıl avtomobil yolunun kənarında inşa edilən “Aprel şəhidlərinə xatirə” abidəsinə qədər davam edən zəfər yürüşünə qatılıblar.
Zəfər yürüşündən sonra UNEC kollektivi Birlik komandiri, general-mayor Mais Bərxudarov, əməkdar incəsənət xadimi, polkovnik Abdulla Qurbani, millət vəkili, UNEC-in qiymət və qiymətləndirmə kafedrasının müdiri Xanhüseyn Kazımlı ilə birlikdə aprelin ilk günlərində Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinin işğalından azad etdiyi strateji əhəmiyyətli “Lələtəpə” yüksəkliyinə gediblər.
Əsgər və zabitlərlə görüşdə general-mayor Mais Bərxudarov Azərbaycan Ordusu ilə qürur duyduğunu bildirib.
UNEC-in rektoru, professor Ədalət Muradov iftixar hissi ilə qeyd edib ki, 2016-cı il tariximizə həm də Azərbaycan ordusunun uzun illərdən sonra düşmən üzərində qazandığı ilk qələbə ili kimi də daxil olub. Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Azərbaycan əsgəri aprel ayının əvvəllərində əks-hücum əməliyyatı ilə düşmənin layiqli cavabını verib. Aprel döyüşlərində qazanılan qələbə Azərbaycan Prezidenti cənab İlham Əliyevin uzaqgörən diplomatiyasının, uğurlu daxili və xarici siyasətinin, sərkərdə məharətinin, Ali Baş Komandanın daimi diqqət və qayğısı ilə əhatə olunan Silahlı Qüvvələrimizin əsgər və zabitlərinin peşəkarlığının, mənəvi-psixoloji hazırlığının, döyüş ruhunun, vətənpərvərlik hissinin yüksək səviyyədə olması və xalqımızın ordu ilə monolit birliyi nəticəsində mümkün olub.
Polkovnik Abdulla Qurbani və millət vəkili Xanhüseyn Kazımlı görüşdə Azərbaycan Ordusunun qüdrətindən, hərbçilərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan danışıblar.
Görüşdə UNEC-in tələbəsi, aprel döyüşlərinin iştirakçısı Məftun İsmayılov xatirələrini bölüşüb.
Goranboy rayonunun Tapqaraqoyunlu kəndində şəhid olan Qiyas Quliyevin qardaşı, UNEC-in müəllimi İbrahim Quliyev də qardaşı ilə bağlı xatirələrindən danışıb.
Çıxışlardan sonra UNEC kollektivinin əsgər və zabitlərə təbrik müraciəti səsləndirilib. Universitet kollektivi adından onlara hədiyyələr təqdim olunub.




 

yuxarı ⤴