1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






İnşaat Kollecinin şəhid məzunu AzMİU-da anılıb
08.04.2017 / No12

 

 

 


Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə AzMİU-nun nəzdində İnşaat Kollecinin məzunu, bu il fevralın 24-dən 25-ə keçən gecə erməni təxribatının qarşısını alarkən qəhrəmancasına həlak olan Zakir Cəfərov və ötən il aprel döyüşlərində şəhidlik zirvəsinə ucalan qəhrəmanların xatirəsinə həsr olunan anım mərasimi keçirilib.
Tədbirdə əvvəlcə Dövlət himni səslənib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Anım tədbirində AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova, şəhidin anası Kəmalə Abdullayeva, şəhidin ailə üzvləri, universitet və kollecin professor-müəllim, tələbə heyəti də iştirak ediblər.
Şəhidin anası Kəmalə Abdullayeva tədbirdə çıxış edərək oğlunun vətənpərvər, mərd, vətənini sevən gənc olmasından söz açıb və tədbirin təşkil edilməsində əməyi keçən universitet və kollec rəhbərliyinə öz təşəkkürünü bildirib.
AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova çıxış edərək ölkə rəhbərliyinin apardığı uğurlu siyasətdən, aprel döyüşlərində əldə edilən böyük qələbədən danışıb.
G.Məmmədova AzMİU-nun nəzdində İnşaat Kollecinin şəhid məzunu Z.Cəfərovdan söz açaraq bildirib ki, Zakir tək təhsil aldığı müəssisənin yox, xalqımızın başını uca edən bir qəhrəman olub. Yaşadığı qısa ömür yolu ilə o, bütün Azərbaycan gənclərinə örnəkdir, ən yaxşı nümunədir. Sonda rektor şəhidin anasına və yaxınlarına Allahdan səbr diləyib.
Tədbirdə AzMİU-nun və universitetin nəzdində İnşaat Kollecinin tələbələrinin birgə iştirakı ilə Z.Cəfərovun həyatından bəhs edən bədii kompozisiya nümayiş etdirilib, vətənpərvərlik mövzusunda şeirlər və musiqilər səsləndirilib.
Xatırladaq ki, AzMİU-nun nəzdində İnşaat Kollecinin “Avtomobil yolları və aerodromların tikintisi, istismarı və təmiri” ixtisasının 2014-2015-ci illərdə təhsil alan məzunu Zakir Cəfərov fevralın 24-dən 25-nə keçən gecə bütün cəbhə boyu irimiqyaslı təxribatlar törədən Ermənistan ordusunun hücumunun qarşısını alarkən öz komandirini döyüş meydanından çıxararkən düşmən gülləsinə tuş gəlib və şəhid olub.

 

yuxarı ⤴