Warning: include(C:\Inetpub\vhosts\tehsiltv.az\edu/content/basliq.inc.html) [function.include]: failed to open stream: No such file or directory in C:\inetpub\vhosts\tehsiltv.az\edu\templates\libraries\header.inc.php on line 60

Warning: include() [function.include]: Failed opening 'C:\Inetpub\vhosts\tehsiltv.az\edu/content/basliq.inc.html' for inclusion (include_path='.;./includes;./pear') in C:\inetpub\vhosts\tehsiltv.az\edu\templates\libraries\header.inc.php on line 60
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv

Warning: include(C:\Inetpub\vhosts\tehsiltv.az\edu/content/son_xeberler.inc.html) [function.include]: failed to open stream: No such file or directory in C:\inetpub\vhosts\tehsiltv.az\edu\templates\inner.tpl.php on line 30

Warning: include() [function.include]: Failed opening 'C:\Inetpub\vhosts\tehsiltv.az\edu/content/son_xeberler.inc.html' for inclusion (include_path='.;./includes;./pear') in C:\inetpub\vhosts\tehsiltv.az\edu\templates\inner.tpl.php on line 30
Rəsmi xronika
08.04.2017 / No12

* Aprelin 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı Ekspo Mərkəzində “AITF-2017” XVI Azərbaycan Beynəlxalq turizm və səyahətlər və “HOREX Caucasus-2017” XI Qafqaz Beynəlxalq mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar sərgiləri ilə tanış olublar.

* Prezident İlham Əliyev aprelin 5-də Bakı şəhərindəki Daş Salnamə Muzeyində “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinə həsr olunmuş mərasimdə iştirak edib.

* Dövlət başçısı İlham Əliyev aprelin 5-də Səudiyyə Ərəbistanı Krallığının Şahzadəsi, İslam Həmrəyliyi İdman Federasiyasının prezidenti və Səudiyyə Ərəbistanı Milli Olimpiya Komitəsinin prezidenti Abdullah bin Mosaad bin Əbdüləziz Əl Səudu qəbul edib.

* Prezident İlham Əliyev aprelin 4-də Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiçə bu vəzifəyə seçilməsi münasibətilə təbrik məktubu göndərib.

* Dövlət başçısı İlham Əliyev aprelin 4-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında diplomatik münasibətlərin yaradılmasının 25-ci ildönümü ilə əlaqədar təbrik məktubu ünvanlayıb.

* Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 4-də Serbiya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Neboyşa Rodiçi qəbul edib.

* Aprelin 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ölkəmizdə rəsmi səfərdə olan Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin məhdud və geniş tərkibdə görüşləri olub. Azərbaycan-Qazaxıstan sənədləri imzalanıb. Dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər. Elə həmin gün Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Nursultan Nazarbayevə “Heydər Əliyev” ordenini təqdim edib.

* Dövlət başçısı aprelin 3-də Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

* Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 3-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə Sankt-Peterburq metrosunda baş vermiş partlayış nəticəsində insan tələfatı ilə əlaqədar başsağlığı verib.

yuxarı ⤴