1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
UFAZ ilə Bakı Fransız Liseyi arasında elmi əməkdaşlıq sazişi imzalanıb
08.04.2017 / No12

 
 

 

 


Fransa-Azərbaycan Universiteti (UFAZ) ilə Bakı Fransız Liseyi arasında imzalanmış elmi əməkdaşlıq sazişinə uyğun olaraq UFAZ tələbələri ilk dəfə olaraq kimya üzrə praktik dərslərini yerinə yetirmək üçün liseyin laboratoriyalarında təcrübəyə başlayıblar. Təcrübə proqramı aprel ayı ərzində, 1 ay davam edəcək.
Fransa-Azərbaycan Universiteti (UFAZ) Fransa və Azərbaycan respublikaları prezidentlərinin təşəbbüsü ilə irəli sürülmüş və 2016-cı il sentyabr ayından fəaliyyət göstərən bir layihədir. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə Strasburq Universiteti tərəfindən birgə aparılan tədris 4 ixtisas üzrə həyata keçirilir.
UFAZ-da tədris fransız proqramları əsasında aparılır. UFAZ məzunları iki diplom (Strasburq Universiteti və ADNSU) alacaqlar.
Bütün ixtisaslar üzrə tədris 4 il (1 il hazırlıq + 3 il əsas tədris) ərzində ingilis dilində ADNSU-nun əsas korpusunda aparılır. İxtisaslar üzrə UFAZ-ın ən yaxşı tədris göstəricilərinə malik tələbələrin Fransaya yay məktəblərinə göndərilməsi planlaşdırılır. 2016/2017-ci tədris ili üçün UFAZ-da hər bir ixtisas üzrə 30 dövlət sifarişli və 10 ödənişli əsaslarla, 141 tələbə təhsil alır.

 

yuxarı ⤴