1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Seul Universiteti dövlət qulluqçuları üçün təqaüd proqramı elan edib
08.04.2017 / No12

 

 

 


Proqrama 3 illik iş təcrübəsinə malik namizədlər müraciət edə bilərlər

Cənubi Koreya Respublikasının Seul Universiteti dövlət qulluqçuları üçün “Şəhərin idarə edilməsi və planlaşdırılması” üzrə magistr (MUAP) təqaüd proqramını elan edib. Proqrama 3 illik iş təcrübəsinə malik 40 yaşadək namizədlər müraciət edə bilərlər. Təhsil müddəti 2017-ci ilin avqustundan 2019-cu ilin avqust ayınadək müddəti (25 ay) əhatə edir. Tədris ingilis dilindədir. Tələbələrin aylıq təqaüdü, təhsil haqqı, yataqxana, yol xərci və s. qarşı tərəfdən ödənilir.
Namizədlər sənədlərini 19 aprel 2017-ci il tarixinədək (müraciət forması: http://isus.uos.ac.kr/isus/iudp/iudp_agree.do) təqdim edə bilərlər.
Universitet 2008-ci ildən başlayaraq Seul paytaxt hökuməti ilə “Şəhərin idarə edilməsi və planlaşdırılması” üzrə magistr (MUAP) təqaüd proqramını həyata keçirir. Proqramın hədəfi inkişaf etməkdə olan ölkələrdə şəhər təsərrüfatının planlaşdırılması və inkişaf etdirilməsi, yaşayış keyfiyyətinin yaxşılaşdırılmasına kömək göstərməkdir. Magistr proqramı iştirakçılara MUAP üzrə nüfuzlu müəllimlərdən dərs almağa və müasir şəhərin problemlərinin həllinə dair öz biliklərini artırmağa imkan verir. Bu vaxta qədər adıçəkilən proqram üzrə yüzdən artıq magistr hazırlanıb.
Qeyd edək ki, Seul Universiteti Asiya qitəsinin ən nüfuzlu ali məktəbləri arasında ön sıralarda yerləşir. Universitetin məzunları biznes, telekommunikasiya, tibb və digər sahələrdə ən yüksək vəzifələr tutur. Ali məktəb hər il dünyanın 40-dan artıq ölkəsindən mübadilə proqramları əsasında əcnəbi tələbələr qəbul edir. Universitetdə Koreya dilinin effektiv və peşəkar səviyyədə öyrənilməsinə imkan verən mərkəz fəaliyyət göstərir.

Oruc MUSTAFAYEV
 

yuxarı ⤴