1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
V-VI sinif şagirdləri məntiq olimpiadasının ilk turunda yarışdılar
08.04.2017 / No12

 

 

 


Aprelin 1-də Lütfi Zadə adına Məktəblilərarası II Məntiq Olimpiadasının ilk turu-məktəbdaxili mərhələsi keçirilib. Olimpiadada ümumi təhsil məktəblərinin hər iki (Azərbaycan və rus) bölməsinin V-VI sinif şagirdləri iştirak ediblər. Bütövlükdə yarışlara Bakı şəhəri üzrə 315 məktəbdən 19958 şagird qatılıb. Bilik yarışı bütün məktəblərdə saat 10:00-da başlayıb və 11:30-da bitib. Bu mərhələdə şagirdlərə 30 test sualı təqdim olunub. İlk turun nəticələrinə əsasən 2026 şagird uğur qazanaraq olimpiadanın final mərhələsinə vəsiqə əldə edib.
Mayın 6-da təşkil olunacaq final mərhələsində də şagirdlər saat yarım ərzində 30 test sualını cavablandırmalı olacaqlar.
Final mərhələsinin nəticələrinə əsasən, Bakı şəhəri üzrə ən yüksək məntiqi təfəkkür nümayiş etdirən məktəblilər mükafatlandırılacaq.
Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi və “İstək” liseyinin birgə təşkilatçılığı ilə keçirilən olimpiadada şagirdlərin bədii, mücərrəd və verbal məntiqi təfəkkürü qiymətləndirilir. Olimpiadanın əsas məqsədi şagirdlərin məntiqi biliklərinin artmasına təkan vermək, onlara beynəlxalq, yerli olimpiadalar və bu kimi digər bilik yarışlarında iştirak təcrübəsi qazandırmaq, istedadlı, xüsusilə məntiqi təfəkkürü daha yaxşı inkişaf etmiş şagirdləri aşkara çıxarmaq, onların həvəsləndirilməsi və elmə olan marağının artırılmasından ibarətdir.


 

yuxarı ⤴