1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
Xarici mətbuatdan
08.04.2017 / No12

 
 

 

 


2030-cu ildə onlayn-kursların müəllimləri robotlar olacaq

Futurist Tomas Freyanın fikrincə, 2030-cu ildə onlayn-kursların müəllimləri robotlar olacaqlar. İnternetdə ən böyük kompaniya təhsil sahəsində ixtisaslaşmış yeni firma olacaq. Proqnozlara əsasən “Coursera” və “Khan Academy” kimi təhsil platformaları gələcəkdə də əvvəlki kimi böyük rol oynayacaqlar. Əhəmiyyətli fərq ondan ibarət olacaq ki, onlayn-kursların müəllimi robotlar olacaq. Süni intellekt elə bir səviyyəyə çatacaq ki, o, dərsləri fərdiləşdirmək üçün hər bir tələbənin güclü və zəif tərəflərini dəqiq aşkar etməyə şərait yaradacaq. T.Freyanın sözlərinə görə, fərdiləşdirmə daha sürətli və daha effektiv oxumağa imkan verəcək: məsələn, bütün bakalavriat proqramını 6 aya başa vurmaq mümkün olacaq. Hələlik onlayn təhsilinin ən vacib problemi qarşılıqlı təsirdir. Bu sahədə hətta ən yaxşı proqramlar altıyaşlı uşağı belə əhatə edə bilmir. Xatırladaq ki, artıq robotlardan təhsil assistentləri kimi fəal istifadə olunur. Belə ki, Corciya Texnologiya İnstitutunda assistent Djill Vatson (Watson sistemi) tam semestr ərzində göndərilmiş mesajlara cavab verib, bildirişlər göndərib, məktublar yazıb, həm də tanınmamış olaraq qalıb.


Pis hava şəraiti təlimin nəticələrini aşağı salır

Mütəxəssislər şagirdlərin hazırlıq səviyyəsini təhlil edərək belə bir qənaətə gəliblər ki, pis hava şəraiti kimi faktor təlim nəticələrini aşağı salır. Xüsusilə də bu, məktəblilərə aiddir. Bir neçə amil var ki, təhsilalanların davamiyyətini aşağı salır. Amerikada aparılmış tədqiqatlara əsasən, yağışların və tutqun hava şəraitinin hökm sürdüyü regionların şagirdləri özlərini süst və gücdən düşmüş hiss edirlər. Bununla əlaqədar olaraq uşaqların əqli qabiliyyətləri yüksək göstəricilərə malik deyil. Digər tərəfdən pis hava şəraiti şagirdlərin məktəbə çatması imkanlarını məhdudlaşdırır, məktəb proqramına aid materialların vaxtlı-vaxtında mənimsənilməsinə mane olur. Buna görə də təhsili idareəetmə qurumları pis hava şəraitinə görə şagirdlərin təhsilinin distant yolla aparılmasını nəzərdən keçirirlər.


Əcnəbi tələbələr Yeni Zelandiyanı seçir

Yeni Zelandiya universitetlərində təhsil alan əcnəbi tələbələrin 40 faizi ali təhsili başa vurduqdan bir il sonra bu ölkədə işlə təmin olunub. Bu barədə ölkənin Təhsil Nazirliyinin “Moving Places” adlı hesabatında qeyd olunur. Əcnəbi tələbələrin 27 faizi məzun olduqdan sonra evə qayıdıb, 22 faizi isə təhsilini davam etdirir. Əmək bazarında ən çox tələb olunan işçilər universitet məzunları və ya diplomlu mütəxəssislər olub. Onlardan 63%-i məzun olduqdan bir il sonra iş yeri tapıb. 5-7 dərəcəli peşəkar sertifikatlar alanlar arasında işlə təmin olunanların sayı 53, elmlər doktoru dərəcəsi alanlar arasında isə 45 faiz təşkil edib. Qeyd olunur ki, son illərdə Yeni Zelandiyada əcnəbi tələbələrin sayında artım müşahidə olunur. Hökumət isə əcnəbi tələbələrin cəlb olunması üzrə səylərini daha da artırıb.


Onlayn kursların effektivliyi yoxlanılacaq

2017-ci ilin sonuna kimi Rusiya Federasiyasının Təhsil və Elm Nazirliyi onlayn-kursların effektivliyini yoxlayacaq. Bəzi ali məktəblərdə fənlər qismən və ya tamamilə onlayn rejimdə tədris olunacaq. Nazirlik eksperiment gedişində onlayn-kurslara əsaslanan bir neçə təhsil modelini təlimin ənənəvi formasının effektivliyi ilə müqayisə edəcək. İki modelin - fənlərin qismən və ya tamamilə distant kursla əvəz olunmasının sınaqdan keçirilməsi nəzərdə tutulub. Bundan əlavə, nazirlik distant təhsil texnologiyalarının reallaşdırılması üçün yeni yanaşmalar işləyib hazırlayacaq. İlk növbədə bu virtual akademik mobilliyin tətbiqi və fətdi təlim trayektoriyalarının qurulmasına aiddir. Təşəbbüsün hədəfi təhsil proqramlarının keyfiyyət və effektivliyini yüksəltmək, həmçinin fərdi təlim trayektoriyalarının seçimi üçün imkanları genişləndirməkdir.

Oruc MUSTAFAYEV,
xarici mətbuat materialları əsasında
 

yuxarı ⤴