1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






Səfir BDU-da təhsil alan türkiyəli tələbələrlə görüşüb
08.04.2017 / No12

 

 

 


Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral Bakı Dövlət Universitetində olub. BDU-nun mətbuat xidmətindən verilən məlumata görə, səfiri yenidən universitetdə görməkdən məmnunluğunu ifadə edən rektor, akademik Abel Məhərrəmov Türkiyə universitetləri ilə əlaqələrdən, “ikili diplom” məsələsindən və bu günlərdə qardaş ölkənin 3 ali təhsil ocağı ilə imzalanan müqavilələrdən bəhs edib.
Səfir Erkan Özoral, öz növbəsində, universitetlər arasında elm-təhsil sahəsində həyata keçirilən layihələrin vacibliyini vurğulayıb.
Daha sonra səfir Erkan Özoral BDU-da təhsil alan türkiyəli tələbələrlə görüşüb.
Tələbələrin arzu və istəklərini dinləyən səfir, eyni zamanda problemləri ilə maraqlanıb, təhsil aldıqları müddətdə vaxtı düzgün dəyərləndirməyi, peşəkar mütəxəssis kimi özlərini inkişaf etdirməyi tövsiyə edib. Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

 

yuxarı ⤴