1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






Konfrans gələcək tərcüməçilər üçün böyük təcrübədir
08.04.2017 / No12

 

 

 


Aprelin 1-də Bakı Slavyan Universitetində (BSU) “Müasir tərcüməşünaslığın və mədəniyyətşünaslığın aktual problemləri” mövzusunda tələbə və magistrantların respublika elmi konfransı keçirilib.
Konfransı BSU-nun rektoru, professor Nurlana Əliyeva giriş sözü ilə açaraq keçirilən tədbirin mahiyyəti barədə danışıb. Qeyd edilib ki, konfransın məqsədi gənclərin müasir dövrdə azərbaycanşünaslığın inkişafı və dünya ölkələrində Azərbaycan dilinin tədrisi ilə bağlı məsələlərin tədqiqinə cəlb edilməsidir. Tərcümə fakültəsinin təşkil etdiyi tədbiri yüksək qiymətləndirən professor Nurlana Əliyeva vurğulayıb ki, tərcüməşünaslıq elminin kökündə multikultural dəyərlər dayanır. Rektor multikulturalizmin hökm sürdüyü BSU-da ənənəvi olaraq keçirilən belə konfransların gələcək tərcüməçilərimiz üçün böyük təcrübə olduğunu diqqətə çatdırıb.
BSU-nun elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov tərcüməşünaslıq elminin bütün elmləri özündə ehtiva etdiyini qeyd edib. Prorektor tərcüməşünaslığın peşəkarlıq tələb etdiyini, bu kon-fransın gənclərin bilik və bacarıqlarının üzə çıxarılmasına imkan yaratdığını deyib. O, eyni zamanda konfransın tərcümə fakültəsi ilə yanaşı, digər fakültələrdə də keçiriləcəyini, müxtəlif mövzuları əhatə edəcəyini vurğulayıb.
Sonra BSU-nun Tələbə Elmi Cəmiyyətinin sədri Aygün Mahmudova elmi konfransın işi barədə iştirakçılara ətraflı məlumat verib. Bildirilib ki, respublikanın 12 ali məktəbini əhatə edən konfrans öz işini 5 bölmə üzrə qurub.
Konfransda BDU-dan Aynur Mustafayeva, M.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialından Bəhruz Səmədov, BSU-dan Fatimə Zeynalova, GDU-dan Xanım Əmiraslanova hazırladıqları mövzular barədə məlumat veriblər.
Konfransda müxtəlif universitetlərin tələbə və magistrantlarının iştirakı ilə elmi diskussiyalar, seminarlar aparılıb, bölmələr üzrə məruzələr dinlənilib.
Sonda fərqlənən tələbələrə diplomlar, iştirakçılara sertifikatlar təqdim edilib.
 

yuxarı ⤴