1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
Azərbaycan Dillər Universitetində Frankofoniya Mərkəzi açılıb
08.04.2017 / No12

 

 

 


Aprelin 4-də Azərbaycan Dillər Universitetində (ADU) Frankofoniya Mərkəzinin açılış mərasimi keçirilib. Universitetin mətbuat xidmətindən daxil olan məlumata görə, mərasimdə ADU-nun rektoru vəzifəsini icra edən professor Əfqan Abdullayev, Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Aurelia Buşe və Frankofoniya Universitetləri Agentliyinin Mərkəzi və Şərqi Avropa üzrə direktoru Mohamed Ketata iştirak ediblər. Mərasimdə açılış rəmzi olan qırmızı lent kəsilib.
Tədbirdə çıxış edən universitetin Fransa Məlumat Mərkəzinin mütəxəssisi Jalə Salmanova mərkəz haqqında iştirakçılara qısa məlumat verib.
Sonra ADU tələbələrinin iştirakı ilə “Arşın mal alan” tamaşası fransız dilində təqdim olunub.
Tamaşadan sonra çıxış edən Frankofoniya Universitetləri Agentliyinin Mərkəzi və Şərqi Avropa üzrə direktoru M.Ketata agentliyin ADU-da yaradılmasından şad olduğunu deyib. O, hər il ADU-da Frankofoniya günlərinin təntənəli şəkildə qeyd olunduğunu vurğulayıb.
Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım A.Buşe isə tələbələrin istedadını yüksək qiymətləndirib. O, tədbirin təşkil olunmasında əməyi keçən hər kəsə təşəkkürünü bildirib. Səfir Fransa universitetləri ilə ADU arasında əlaqələrin inkişaf edəcəyinə ümid etdiyini söyləyib.
Qeyd edək ki, mərkəzin açılışından öncə professor Ə.Abdullayev M.Ketata ilə görüşüb. Professor universitetin tarixi, beynəlxalq əlaqələri, tədris prosesi haqqında məlumat verib. Fransa Məlumat Mərkəzinin fəaliyyətindən danışıb. O, ADU tələbələrinin fransız dilini böyük maraqla öyrəndiklərini qeyd edib və onların Fransanın tarixi, mədəniyyəti haqqında biliklərə də yiyələndiyini vurğulayıb. ADU-nun bir çox ölkənin nüfuzlu ali təhsil müəssisələri ilə əməkdaşlıq etdiyini bildirən Ə.Abdullayev universitetin Fransanın Strasburq Universiteti ilə əlaqələrindən danışıb. O, Fransanın Azərbaycandakı səfirliyi ilə universitet arasındakı əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini də sözlərinə əlavə edib.
Səmimi qəbula görə təşəkkürünü bildirən M.Ketata rəhbərlik etdiyi agentliyin fəaliyyət istiqamətləri haqqında məlumat verib. M.Ketata fransız dilinin tədrisi üçün keçilən bütün təlimləri dəstəklədiyini bildirib, ADU ilə əməkdaşlığın inkişaf edəcəyinə və əlaqələrin bundan sonra daha da genişlənəcəyinə əminliyini vurğulayıb.
Görüşdə gələcək əməkdaşlıq perspektivləri, birgə layihələrin təşkil olunması haqqında müzakirələr aparılıb.
Görüşdən sonra M.Ketata ADU-nun İnformasiya Resurs Kompleksi (İRK) ilə yaxından tanış olub.
 

yuxarı ⤴