1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
Plagiatlıqla mübarizəyə yönəlmiş innovativ layihələr həyata keçirilir
08.04.2017 / No12

 

 

 


Sumqayıt Dövlət Universitetinin mətbuat xidmətindən verilən məlumata görə, aprelin 5-də Polşanın “Plagiat.pl” şirkətinin nümayəndələri SDU-da olublar. Rektor, professor Elxan Hüseynov qonaqlara ali təhsil ocağı haqqında ətraflı məlumat verib. Universitetin beynəlxalq əlaqələrindən söz açan rektor ikitərəfli əlaqələrin daha da genişləndirilməsi məsələsinə də toxunub. Bildirib ki, SDU dünyanın və respublikamızın qabaqcıl ali məktəbləri ilə əməkdaşlıq edir. Rektor vurğulayıb ki, plagiatla mübarizə üçün hərtərəfli tədbirlərin gücləndirilməsi istiqamətində mühüm işlər görülür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən intellektual mülkiyyətin, müəllif hüquqlarının qorunması və antiplagiat məsələlərinə xüsusi diqqət yetirildiyini deyən rektor ölkədə Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Müəllif Hüquqları Agentliyi, eləcə də bir çox universitetlər və müvafiq qurumlarda plagiatlıqla mübarizəyə yönəlmiş innovativ layihələr həyata keçirildiyini diqqətə çatdırıb. SDU-da ötən tədris ilindən tətbiqinə başlanan plagiat proqramı bakalavr, magistr və doktorluq dissertasiyalarına, həmçinin istənilən digər elmi və ya tədris sənədlərini yoxlamağa imkan yaradır. Görüşdə intellektual mülkiyyətin, müəllif hüquqlarının qorunması və plagiatlıqla mübarizə problemlərinə elmi və hüquqi müstəvidə baxılmasının zəruriliyi qeyd edilib.
“Plagiat.pl” şirkətinin regional direktoru Əli Təhməzov proqramın işləmə mexanizmi barədə məlumat verib. Bildirib ki, Polşada 2002-ci ildə fəaliyyətə başlayan şirkətin əsas məqsədi müəllif hüquqları pozuntuları və intellektual mülkiyyətdən icazəsiz istifadə olunmasına qarşı mübarizə aparmaqdır. Bu gün şirkət Polşa, Rumıniya, Almaniya, Moldova, Kolumbiya, Qazaxıstan və Azərbaycandakı sifarişçiləri proqramlarla təmin edir.
O, alim, mütəxəssis və tələbələrin tədqiqat işlərini plagiatlıqdan qorumağa xidmət edən Ümumdünya Antiplagiatlıq Şəbəkəsinin yaradılması məqsədilə ali məktəblər, hökumət orqanları və nəşriyyatlarla sıx əməkdaşlıq əlaqələrinin qurulduğunu söyləyib. Şirkətin hazırladığı “StrikePlagiarism” sisteminin müxtəlif mətnlərdən köçürülmüş fraqmentləri aşkar etməyə imkan verdiyini bildirib. Sözügedən anti-plagiat sisteminin Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən yüksək qiymətləndirildiyini söyləyən nümayəndə bu proqramın artıq Azərbaycanın bir neçə universitetində geniş tətbiq olunduğunu diqqətə çatdırıb.
Sonra mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.
 

yuxarı ⤴