1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Universitet əməkdaşları Polşada keçirilən təlimdə iştirak ediblər
08.04.2017 / No12

 

 

 


Xəbər verildiyi kimi, ötən ay “Naxçıvan” Universitetinin bir qrup əməkdaşı AESOP layihəsinin Xəzər Universitetində keçirilən iclasında iştirak ediblər.
“Naxçıvan” Universitetinin mətbuat xidmətinin məlumatında bildirilir ki, bu günlərdə isə Gürcüstanın Akaki Tsereteli Dövlət Universitetinin koordinatorluğu ilə həyata keçirilən AESOP layihəsinin növbəti təlimi Polşada, Varşava Universitetində keçirilib. Tədbirdə partnyor universitet kimi “Naxçıvan” Universitetini ali təhsil ocağının tədris şöbəsinin müdiri Anar Abuzərli, layihə koordinatoru Elmira Hüseynova, xarici dillər fakültəsinin dekan müavini Yasin Babazadə və həmin fakültənin müəllimi Könül Babayeva təmsil ediblər.
Azərbaycan, Ukrayna və Gürcüstandan nümayəndələrin də iştirak etdiyi təlimin keçirilməsində məqsəd ombudsman aparatlarının funksiya və strukturunun nəzəri və praktiki cəhətdən öyrənilməsindən ibarətdir. Təlim çərçivəsində keçirilən iclasda giriş sözü ilə çıxış edən Varşava Universitetinin tələbə işləri üzrə prorektoru Yolanta çoinska-Mika təlimin mahiyyəti barədə ətraflı məlumat verib.
Daha sonra partnyor universitetlərin təqdimatı keçirilib. "Naxçıvan" Universiteti haqqında geniş məlumatı və videoçarxı universitetin layihələr üzrə koordinatoru Elmira Hüseynova təqdim edib. Qeyd edək ki, əvvəlcədən müəyyənləşdirilmiş proqrama uyğun olaraq Varşava Universitetinin Ombudsman aparatının rəhbəri Anna Sibulka bu təşkilat haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.

 

yuxarı ⤴