1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
Elmi-praktik seminar keçirilib
08.04.2017 / No12

 
 

 

 


Aprelin 6-da Azərbaycan Dövlət Pedaqoji Universitetində musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədər hazırlıq fakültəsinin təşəbbüsü və təşkilatçılığı ilə aprel döyüşlərinin ildönümü ilə bağlı “Azərbaycan Respublikası Silahlı Qüvvələri ölkənin suverenliyi və ərazi bütövlüyünün təminatçısı, hər bir vətəndaşın qürur yeridir” mövzusunda elmi-praktik seminar keçirilib. Universitetin ictimaiyyətlə əlaqələr şöbəsinin verdiyi məlumata görə, seminarda fakültənin müəllim və tələbələri, hərbçilər iştirak ediblər. Tədbirin əvvəlində aprel döyüşlərində həlak olmuş əsgər və zabitlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Seminarı giriş sözü ilə açan fakültənin dekanı, dosent Laçın Həsənova bildirib ki, aprel döyüşləri Azərbaycan Ordusunun böyük qələbəsidir. Bu qələbə ermənilərin “məğlubedilməzliyi” mifini dağıtdı və Dağlıq Qarabağda mövcud status-kvonun dəyişilməsinin vacibliyini bir daha ortaya qoydu.
Tədbirdə Müdafiə Nazirliyinin əməkdaşı, polkovnik Məhərrəm Cahangirov, aprel döyüşlərinin iştirakçıları, polkovnik-leytenant Vüqar Mirzəliyev, polkovnik-leytenant Eldəniz Sadıqov, ADPU-nun tərbiyə işləri üzrə prorektoru, professor Fikrət Rzayev, fakültənin baş müəllimi, kapitan Natiq Əliyev, III tədris ilinin tələbəsi Azər Əliyev çıxış ediblər.
Şəhid polkovnik-leytenant Sənan Axundovun həyat yoldaşı, fakültənin baş müəllimi Nəcibə Axundova çıxış edərək tədbirin keçirilməsinə görə ADPU-nun rəhbərliyinə təşəkkür edib, həyat yoldaşının döyüş yolundan danışıb, onunla bağlı xatirələrini bölüşüb, ailələrinə göstərilən dövlət qayğısından razılıq edib.
Tədbir fakültənin müəllim və tələbələrinin hazırladıqları konsert proqramı ilə davam edib. Vətənpərvərlik ruhunda səslənən və qələbəyə inamı ifadə edən musiqilər tədbir iştirakçılarında yüksək əhvali-ruhiyyə yaradıb.

 

yuxarı ⤴