1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





“Aprel fatehləri” mövzusunda tədbir
08.04.2017 / No12

 
 

 

 


Bakıdakı 283 nömrəli tam orta məktəbdə yeniyetmə və gənclərin vətənpərvərlik hisslərinin yüksəldilməsi və aprel döyüşlərinin ildönümü ilə əlaqədar “Aprel fatehləri” mövzusunda tədbir keçirilib.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri, KİV-əməkdaşları və başqa qonaqlar iştirak ediblər. Öncə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olunub.
Sonra 2016-cı il aprelin 2-də keçirilən Azərbaycan Respublikası Prezidenti yanında Təhlükəsizlik Şurasının iclasında dövlət başçısı İlham Əliyevin çıxışından bir hissə nümayiş olunub. Məktəblilərin ifasında şəhidlərimizin və milli qəhrəmanlarımızın şücaətlərini əks etdirən ədəbi-bədii kompozisiya göstərilib, şeir söylənilib və mahnı oxunub.
Binəqədi Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rauf Həsənov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov və məktəbin direktoru Tünzalə Zeynalova aprel döyüşlərinin gənclərdə həmrəylik, vətənpərvərlik tərbiyəsinin və milli ruhun gücləndirilməsində böyük rolundan söhbət açıblar.
Tədbirdə iştirak edən şəhid Emin Bağırovun atası İmran Bağırov və Fəxrəddin Qurbanlının atası Seyfəddin Qurbanov da belə bir tədbirin təşkilinə görə məktəb rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Digər çıxışlar da olub. Qeyd olunub ki, aprel döyüşləri bizim şanlı qələbəmizdir. Torpaqlarımızın müdafiəsi uğrunda şəhid olan hərbiçilərimiz daim hörmət və ehtiramla yad ediləcək.

Şakir CƏFƏROV
 

yuxarı ⤴