1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Elm xəbərləri
08.04.2017 / No12

 
 

 

 


Yeni nəsil 3D-printer təqdim olunacaq

Yusif ƏLİYEV

Rusiyanın “Rosatom” dövlət korporasiyasının tərkibinə daxil olan “Elm və innovasiyalar” Səhmdar Cəmiyyətinin baş direktorunun müavini Aleksey Dub“NDExpo-2017” forumunda yeni nəsil 3D-printer təqdim edəcəklərini açıqlayıb. O, bildirib ki, additiv texnologiyalar çox sürətlə inkişaf edir. Buna görə də mürəkkəb üçölçülü obyektləri asan, tez, keyfiyyətli, eyni zamanda ucuz istehsal etməyə imkan verən tətbiqin hazırlanmasına böyük ehtiyac duyulur.
www.hi-news.ru saytının məlumatına görə, burada, ilk növbədə, metal tozlardan konstruksiyalar çap etmək imkanına malik printerlər nəzərdə tutulur, lakin bu printerlərin digər sahələrdə də (məsələn tibdə) tətbiqi imkanları istisna olunmur.
“Rosatom” artıq yeni nəsil 3D-printerinin sınaq nümunəsini təqdim edib. 2017-ci ilin sonuna kimi sınaqların yekunlaşdırılması və ilk seriya nümunələrinin təqdim olunması planlaşdırılır.
Korporasiyanın nümayəndələri qeyd ediblər ki, bütün proqram-aparat kompleksi xarici analoqlardan təxminən 20 faiz daha ucuz başa gələcək. Həmçinin çap üçün metal tozların Rusiyada istehsal olunması çapa qənaət etməyə imkan verəcək.


İnsan beyninin kompüterə qoşulması üçün interfeys işlənilir

“Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Mask dünyanı dəyişdirəcək növbəti layihəsini elan edib. Onun təsis etdiyi “Neuralink” adlı şirkətin məqsədi kompüterlə insan beynini əlaqələndirmək üçün neyron interfeysinin yaradılması sahəsində həllər hazırlamaqdır. Mühəndis simsiz neyrointerfeysi “neyron şəbəkə” (neural lace) adlandırır.
www.belta.by saytının məlumatına görə, şirkət beyinə implantasiya edilən qurğuların yaradılması üzərində işləyəcək. Bu qurğular insanlara kompüterlərə qoşularaq öz fikirlərini rəqəmsallaşdırmağa kömək edəcək.
Qeyd edək ki, “Neuralink” ilə yanaşı, “Kernel” şirkəti də insanlarda yaddaş və öyrənmə qabiliyyətinin yaxşılaşdırılması üçün implantasiya edilən qurğu hazırlayır.


Yaponiyalı dizayner “ağıllı” divar təqvimi hazırlayıb

Yaponiyalı dizayner Koşo Tsuboi smartfonla sinxronlaşdırılan və planlaşdırılmış işlər haqqında informasiyanı əks etdirən “ağıllı” divar təqvimi hazırlayıb.
www.hitech.newsru.com  saytının məlumatına görə, elektron mürəkkəb (e-ink) texnologiyası əsasında işləyən təqvim “Google” şirkətinin Yaponiyada fəaliyyət göstərən və dizaynerlərə yeni Android-qurğuları təqdim etmək imkanı təklif edən “Android Experiments” proqramı çərçivəsində yaradılıb.
“Google Calendar” proqramı ilə sinxronlaşdırılan, ay və ya gün üçün cədvəli əks etdirən “Magic Calendar” zahirən adi kağız təqvimi xatırladır. Qurğunun satışa çıxarılma tarixi və digər təfərrüatlar hələ ki, məlum deyil.
Qeyd edək ki, bu, son zamanlar təqdim edilmiş ilk belə qadcet deyil. Belə ki, ötən ilin sentyabrında Amerikanın “Glance Tech” startapı “Indiegogo” kraudfandinq platformasında “ağıllı” divar saatı “Glance Clock”un istehsalı üçün vəsait toplayıb. Bu saatlar Bluetooth vasitəsilə smartfon və ya fitnes-trekerlə sinxronlaşdırılır, həmçinin görüşlər, hava proqnozu və s. haqqında bildirişləri əks etdirir.
 


Yeni qurğu tonometri əvəz edəcək

İsveçrənin “Leman Micro Devices” şirkətinin üzərində işlədiyi qurğu qan təzyiqini ölçən cihazı - tonometri əvəz edəcək. Hazırda sınaq mərhələsində olan tənzimləyicini istənilən smartfona inteqrasiya etmək mümkün olacaq.
Şirkət nümayəndələri əmindirlər ki, onlar qan təzyiqinin məhz klassik tibdəki analizi metodlarından istifadə edirlər ki, bu da hesablama nəticələrinin dəqiqliyinə səbəb olur.
www.medgadgets.ru  saytının məlumatına görə, qurğu insanın sağlamlıq vəziyyətini digər parametrlər, təzyiq, nəbz, qanda oksigenin səviyyəsi, tənəffüs tezliyi və bədənin temperaturu üzrə də qiymətləndirə biləcək.

www.ikt.az  saytının materialları əsasında
 

yuxarı ⤴