1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//18.08.2017

 
 

 
 

 
 

 
 

Futbol üzrə VII Respublika çempionatının 1/8 final mərhələsi keçirilib
08.04.2017 / No12

 

 


8 komanda növbəti mərhələyə vəsiqə qazanıb

Rəşad ZİYADOV

Aprelin 1 və 2 tarixlərində ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında futbol üzrə VII Respublika çempionatının PLAY-OFF(1/8 final) mərhələsi keçirilib. Bu mərhələdə 16 komanda tərkibində 200-ə yaxın tələbə futbolçu yarışlarda iştirak edib. Oyunların 6-sı Bakı şəhəri “Binə Arena”nın, Milli Aviasiya Akademiyasının və “Neftçi” Təlim-Məşq Mərkəzinin, 2-i isə Şirvan Şəhər Olimpiya Kompleksinin stadionlarında keçirilib. Nəticələrə əsasən, 8 komanda (Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Milli Aviasiya Akademiyası, Bakı Dövlət Universiteti, Gəncə Dövlət Universiteti və Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin komandaları) 1/4 final mərhələsinə vəsiqə qazanıb. Bu mərhələnin yarışları aprelin 8-də Bakıda “Neftçi” Təlim-Məşq Mərkəzinin və “Binə Arena”nın stadionlarında keçiriləcək.
Qeyd edək ki, çempionat Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin (ATFF) 2016-2020-ci illərdə fəaliyyət planına əsasən, ATFF və Azərbaycan Futbol Federasiyası Assosiasiyasının təşkilatçılığı, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Sahə Futbol Federasiyasının dəstəyi ilə keçirilir. Burada əsas məqsəd ölkəmizin ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında futbolun kütləviliyini təmin etmək, beynəlxalq yarışlarda iştirak etmək üçün respublikanın tələbələrdən ibarət yığma komandasına namizədləri müəyyənləşdirməkdir. Oyunlar FİFA-nın mövcud qaydaları əsasında keçirilir və AFFA-nın Hakimlər Komitəsi tərəfindən təsdiq edilmiş hakimlər heyəti tərəfindən idarə olunur. Futbol üzrə VII Respublika çempionatı aprelin 22-də başa çatacaq.

 

yuxarı ⤴