1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//18.08.2017

 
 

 
 

 
 

 
 

İsveçrəli ekspert tələbələr üçün seminar keçib
15.04.2017 / No13

 
 

 

 


İsveçrənin tanınmış media və PR eksperti, pedaqoq Aleksandra Stark Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində olub. Öncə dekan, professor Cahangir Məmmədli, Azərbaycan Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli, beynəlxalq jurnalistika kafedrasının müdiri, professor Həmid Vəliyev, fakültənin ingilisdilli qruplarının müəllimlərinin iştirakı ilə keçirilən görüşdə İsveçrə mətbuatı, ənənəvi və sosial media ilə bağlı fikir mübadiləsi aparılıb.
Sonra Aleksandra Stark tələbələr üçün seminar keçib. Azərbaycan Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli bildirib ki, seminar Mətbuat Şurası ilə İsveçrənin Azərbaycandakı səfirliyinin birgə əməkdaşlığı çərçivəsində baş tutur, əsasən onlayn media, media marketinqi və sosial şəbəkələr mövzusunda mühazirələr təqdim olunur.
30-a yaxın tələbənin qatıldığı seminarda ekspert A.Stark iştirakçılara yeni media, informasiya texnologiyalarının inkişafının doğurduğu mənzərənin jurnalist fəaliyyətinə təsiri, etik standartlar və sair mövzularda məlumatlar verib, sualları cavablandırıb. Seminar qarşılıqlı fikir mübadiləsi şəraitində keçib.



 

yuxarı ⤴