1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//18.08.2017

 
 

 
 

 
 

 
 

Rəsmi xronika
15.04.2017 / No13

 

 

 


* Aprelin 14-də Prezident İlham Əliyev müqəddəs Pasxa bayramı münasibətilə Azərbaycanın pravoslav xristian icmasını təbrik edib.

* Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 13-də Ukraynanın Kiyev Şəhər Dövlət Administrasiyasının başçısı Vitali Kliçkonu qəbul edib.

* Dövlət başçısı aprelin 11-də Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

* Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 11-də Türkiyə Respublikasının sabiq Prezidenti Abdullah Gülü qəbul edib.

* Azərbaycan Prezidenti İlham Əliyev aprelin 10-da G.F.Fərhadovun 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

* Dövlət başçısı aprelin 10-da inşaat işçilərinin bir qrupunun “Tərəqqi” medalı ilə təltif edilməsi, bir qrupuna isə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında sərəncamlar imzalayıb.

* Aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. Dövlət başçısı iclasda giriş və yekun nitqləri söyləyib.

* Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 10-da Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

* Prezident İlham Əliyev aprelin 9-da Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisiyə ölkəsində törədilmiş partlayışlar nəticəsində çoxlu insan tələfatı ilə əlaqədar başsağlığı verib.




 

yuxarı ⤴