1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//18.08.2017

 
 

 
 

 
 

 
 

“Peşəkar ol” layihəsinə başlanılıb
15.04.2017 / No13

 
 

 

 


Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu (TİPİİ) pedaqoji ixtisaslar üzrə təhsil alan sonuncu kurs tələbələri və magistrlər üçün “Peşəkar ol” proqramına start verib.
Layihənin məqsədi pedaqoji ali təhsil alan tələbələrdə qeyri-standart təfəkkürü inkişaf etdirmək, yeniliyə açıq təhsil işçiləri formalaşdırmaq, onlarda peşəyə loyallıq tərbiyə etmək, eləcə də xüsusi fərqlənənləri institutla əməkdaşlığa cəlb etməkdir.
“Peşəkar ol” proqramı “Oyrətmək iddiası olanın öyrənmək əzmi gərək” devizi altında təşkil olunub. Proqram üzrə seçilən tələbələr “Müasir təhsilin xüsusiyyətləri”, “Təhsilin məzmunu, kurikulum, tədris metodikası”, “Şagird-müəllim münasibətləri”, “İKT-nin təhsilə tətbiqi”, “Auditoriya ilə iş” və digər mövzulu seminarlarda iştirak edəcəklər.
“Media savadlılığının əsasları” adlı modula isə proqramda xüsusi yer ayrılır. Bu modul üzrə müxtəlif məzmunlu və formalı informasiyanı axtarmaq, təhlil etmək, qiymətləndirmək, habelə mediamətn hazırlamaq bacarıqları öyrədiləcəkdir.
Seminarlar TİPİİ-nin əməkdaşları və dəvət olunmuş mütəxəssislər tərəfindən keçirilir. İki ay davam edəcək proqramı uğurla bitirən iştirakçılara sertifikat veriləcəkdir.



 

yuxarı ⤴