1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 23.06.2017

// 23.06.2017




 

 
ADU Frankofoniya Universitet Agentliyinin üzvü seçilib
15.04.2017 / No13

 
 

 

 


Azərbaycan Dillər Universiteti (ADU) dünyanın 100-dən çox ölkəsində fəaliyyət göstərən və 850-dən çox universiteti birləşdirən Frankofoniya Universitet Agentliyi şəbəkəsinin üzvü seçilib. Bu barədə Frankofoniya Universitet Agentliyinin Mərkəzi və Şərqi Avropa üzrə direktoru Mohamməd Ketatanın ADU-nun rektoru vəzifəsini icra edən professor Əfqan Abdullayevə ünvanlanmış məktubunda bildirilir. Azərbaycana səfəri çərçivəsində ona göstərilən xoş münasibətə görə professor Ə.Abdullayevə təşəkkürünü bildirən M.Ketata bu üzvlüyün ADU-ya fransızdilli insanlar üçün bütün maliyyə dəstəyindən yararlanmağa imkan yaratdığını vurğulayıb.
Qeyd edək ki, aprelin 4-də ADU-da M.Ketatanın iştirakı ilə Frankofoniya Mərkəzinin açılış mərasimi keçirilib. Mərkəzin rəhbəri filologiya elmləri doktoru Gülnarə Sadıxovadır.
Məlumat üçün bildirək ki, Frankofoniya Universitet Agentliyi 1961-ci ildə Kanadanın Monreal şəhərində yaradılıb. 8 dekabr 2015-ci ildən Jean-Paul de Gaudemar tərəfindən idarə olunur. Dünyada 18 regional ofis və nümayəndəliyi var. Təşkilat yarandığı gündən fransız dilində elm və tədqiqat sahələri üzrə araşdırmalar aparan tələbə və müəllimləri dəstəkləyir. İl ərzində 2000-ə yaxın təqaüd proqramı təklif edir. Başda Fransa olmaqla, Kanada, Belçika, İsveçrə və digər fransızdilli dövlətlərin dəstək verdiyi təşkilatın illik büdcəsi 40 milyon avrodan çoxdur. ADU indiyədək həmin agentlikdə müşahidəçi qismində iştirak edib.



 

yuxarı ⤴