1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 29.04.2017


 

 
Tarixçi-alim şagirdlərlə görüşüb
15.04.2017 / No13

 
 

 

 


Aprelin 11-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov orta məktəb şagirdləri ilə görüşüb.
Görüşdə Bakı şəhəri 87 nömrəli tam orta məktəbin şagirdləri iştirak ediblər.
Tarixçi-alim Yaqub Mahmudov şagirdlər qarşısında çıxış edərək, Azərbaycanın dövlətçilik tarixindən və tarixi şəxsiyyətlərindən danışıb: “Azərbaycan xalqı 5 min illik dövlətçilik tarixinə malikdir. Regionun ən qədim dövlətçilik tarixi bizə məxsusdur. Azərbaycan xalqı dünya miqyaslı tarixi şəxsiyyətlər yetişdirib”.
İnstitut direktoru şagirdləri milli dəyərlərimizə söykənməyə, tariximizə həmişə böyük diqqət ayırmağa çağırıb.
“Bu gün təcavüzkar Ermənistanın işğalçılıq siyasətinə qarşı informasiya müharibəsində fəal iştirak edən AMEA-nın Tarix İnstitutu Prezident İlham Əliyevin çağırışları, tapşırıq və tövsiyələri ilə mükəmməl elmi araşdırmalar ortaya qoymaqla yanaşı, həm də yeniyetmələr arasında “Tarixi şəxsiyyətlərimizə sahib çıxaq” layihəsini həyata keçirir”, - deyə professor qeyd edib.
Görüşdə tarixçi-alim bildirib ki, Azərbaycan xalqı orta əsrlərin böyük dövlətlərini - Eldənizlər, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər, Əfşarlar, Qacarlar imperiyalarını yaradıb.
Yaqub Mahmudov “Azərbaycanı gələcək qələbələrə bilikli insanlar aparacaq” deyərək fikrini yekunlaşdırıb.
Tədbirin sonunda şagirdlərə Tarix İnstitutunun nəşrləri hədiyyə olunub.

Nazim XƏLİLOV


 

yuxarı ⤴