1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//08.12.2017

//08.12.2017

//08.12.2017

//08.12.2017



 
 
Danışıq Klubları fəaliyyətə başlayıb
15.04.2017 / No13

 
 

 

 


Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan 60 ümumi təhsil məktəbində İngilis dilində Danışıq Klubları fəaliyyətə başlayıb.
İngilis dilində Danışıq Klublarının yaradılmasında məqsəd müxtəlif yaş qruplarından olan şagirdlərin məktəbdə əldə etdikləri xarici dil biliklərini praktiki danışıq məşğələləri vasitəsilə daha da möhkəmləndirmək, məktəblilərin ingilis dilində fikirlərini düzgün və səlis ifadə etməsinə dəstək vermək, ünsiyyət vərdişlərini təkmilləşdirmək və xarici dildə ünsiyyət komplekslərini aradan qaldırmaqdan ibarətdir.
İctimai əsaslarla məktəb daxilində fəaliyyət göstərən danışıq klublarında I-XI sinif şagirdləri könüllü iştirak edirlər.
Qeyd edək ki, klubların səmərəli fəaliyyəti və ümumi təhsil məktəblərinə lazım olan dəstəyin göstərilməsi üçün paytaxtdakı pilot məktəblərin ingilis dili müəllimləri Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Amerika səfirliyinin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Ümumi təhsil məktəblərində İngilis dilində Danışıq Klublarının yaradılması” layihəsi çərçivəsində təlimlərə cəlb olunub.
Fəaliyyətdə olan Danışıq Klublarını təlimləri müvəffəqiyyətlə tamamlamış dil müəllimləri idarə edir.
Qeyd edək ki, klub dərsləri layihə koordinatorları tərəfindən müşahidə edilir və dərslərin sonunda rəy verilir.



 

yuxarı ⤴