1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//18.08.2017

 
 

 
 

 
 

 
 

“Milli mənəvi dəyərlərimizi qoruyaq” mövzusunda tədbir
15.04.2017 / No13

 

 

 


Rəşad ZİYADOV

Aprelin 8-də Bakıdakı 137 nömrəli tam orta məktəbdə 2017-ci il “İslam Həmrəyliyi İli” çərçivəsində “Milli mənəvi dəyərlərimizi qoruyaq” mövzusunda tədbir keçirilib. Əvvəlcə Dövlət himni ifa olunub. Məktəbin direktoru Mətanət Abdullayeva tədbir haqqında iştirakçılara məlumat verib. Sonra direktor müavini Azadə Əliyeva qonaqları kollektivə təqdim edib.
AMEA-nın müxbir üzvü, filologiya üzrə elmlər doktoru, professor Möhsün Nağısoylu, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktor müavini Cəbi Bəhrəmov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdir müavini Cahandar Əlifzadə çıxışlarında vurğulayıblar ki, ölkəmiz tolerantlıq mühitinin təşəkkül tapmasına, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, İslam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr verib. 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunması da məhz Azərbaycanın İslam dünyasındakı nüfuzundan və hörmətindən qaynaqlanır. Qeyd olunub ki, IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi ilə bağlı qərarın verilməsi də ölkəmizin İslam həmrəyliyinin möhkəmləndirilməsi sahəsində növbəti əməli addımı, böyük tarixi əhəmiyyətə malik ictimai-siyasi hadisədir.
Məktəbin tarix, Azərbaycan dili və ədəbiyyat müəllimləri İlyas Abbasov, Mehman Əliyev İslam dininin insanlara humanizm, dözümlülük xüsusiyyətlərini aşıladığını, dostluq, qardaşlıq, sülh, barışıq yolu göstərdiyini ibildirərək məktəblilər arasında maarifləndirmə tədbirlərinin keçirilməsinin xüsusi əhəmiyyətini vurğulayıblar.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.


 

yuxarı ⤴