1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 29.04.2017


 

 
“Xocalıya ədalət!” kampaniyası çərçivəsində görüşlər
15.04.2017 / No13

 

 

 


Rəşad ZİYADOV

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Fondun nümayəndələri aprelin 13 və 14-də paytaxtın bir neçə orta ümumtəhsil müəssisəsində görüşlər keçiriblər. Tədbirlərdə beynəlxalq terrorizmin bir qolu olan erməni terror təşkilatlarının Azərbaycan torpaqlarında tarixin müxtəlif dövrlərində, xüsusilə XX əsrin sonlarında Ermənistan silahlı birləşmələrinin və onların havadarlarının köməyi ilə işğal olunmuş Dağlıq Qarabağ ərazisində, o cümlədən Xocalı şəhərində törətdikləri kütləvi qırğından, vəhşilikdən, soyqırımından bəhs edilib.
Görüşlərin iştirakçısı olduğumuz 27 və 258 nömrəli tam orta məktəblərdə Fondun nümayəndələri Cavid Məmmədzadə və Vüsalə Məmmədova şagirdlərə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri barədə məlumat veriblər. Çıxışlarda 1905-1907, 1918, 1948 və 1953-cü illərdə baş verən erməni vəhşiliyi haqqında söhbət açılıb. Çıxışçılar 1988-ci ildə azərbaycanlıların yaşadıqları tarixən Azərbaycan torpaqları olan Ermənistanın ərazisindən qovulduğunu və Dağlıq Qarabağ hadisələrində xalqımıza qarşı soyqırımı aktlarının davam etdirildiyini, ermənilərin Xocalıya qarşı hərbi təcavüzünün isə məqsədyönlü xarakter daşıdığını bildiriblər. Çünki Xocalı mühüm hərbi-coğrafi məntəqə, eyni zamanda Əsgəran qalasının yerləşdiyi tarixi məkan kimi mühüm əhəmiyyət kəsb edirdi. Şagirdlərin diqqətinə çatdırılıb ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələrinin keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşmiş, şəxsi heyətinin əksəriyyəti ermənilərdən ibarət olan 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhəri yerlə-yeksan edildi. Həmin gün xalqımız tarixdə bənzəri olmayan faciə yaşadı. Dinc əhali, xüsusilə uşaqlar, qadınlar, qocalar ağlasığmaz vəhşiliklə öldürüldülər.
Daha sonra 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə yaradılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində görülən işlər barədə məlumat verilib.



 

yuxarı ⤴