1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






Tələbələr müxtəlif mövzularda məruzə ilə çıxış ediblər
15.04.2017 / No13

 
 

 

 


Aprelin 11-də Azərbaycan Dillər Universitetində (ADU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə və ali təhsil ocağının yaradılmasının 80 illiyinə həsr olunmuş Tələbə Elmi Cəmiyyətinin (TEC) illik konfransı öz işinə başlayıb.
Universitetin mətbuat xidmətindən bildirilir ki, konfransda çıxış edən ADU-nun rektoru vəzifəsini icra edən professor Əfqan Abdullayev bura gələcək elm fədailərinin məruzələrinin dinləniləcəyini diqqətə çatdırıb və bunun əhəmiyyətindən danışıb. Elmi cəmiyyətlərin tələbələri eyni maraq ətrafında birləşdirdiyini söyləyən Ə.Abdullayev TEC-in universitetin və tələbələrin həyatında mühüm rol oynadığını vurğulayıb. O, dünya təcrübəsində TEC-lərin universitetlərdə fəaliyyət göstərən mühüm bir qurum kimi dəyərləndirildiyini qeyd edib və ADU TEC-in də işini yüksək qiymətləndirib.
TEC-in sədri, professor Əsgər Zeynalov konfransın gedişi və strukturu, həmçinin bölmə iclasları, onların keçiriləcəyi auditoriyalar haqqında ümumi məlumat verib.
Plenar iclasda ADU-nun tələbələri Şahnaz Əsədova, Könül Axundzadə, Nigar Dünyamalıyeva və Səma Quliyeva müxtəlif mövzularda məruzə ediblər.
Plenar iclas təkliflərin dinlənilməsi və fikir mübadiləsi ilə yekunlaşıb.
Qeyd edək ki, plenar iclasdan sonra konfrans öz işini bölmə iclaslarında davam etdirib. 3 gün davam edən konfransda 24 bölmə üzrə 1315 məruzə, yekun iclasda isə bölmə rəhbərlərinin hesabatları dinlənilib, fərqlənən tələbələr mükafatlandırılıb.



 

yuxarı ⤴