1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






Əməkdaşlığa tələbə mübadiləsi ilə başlamaq üçün geniş imkanlar var
15.04.2017 / No13

 

 

 


Malayziyanın Kuala Lumpur Universitetinin birinci vitse-prezidenti Azanam Şah Haşim və fakültə dekanı Sayrul İzvan Safi Azərbaycan Texnologiya Universitetində (ATU) olub. Görüşdə iki universitet arasında əməkdaşlıq imkanları müzakirə olunub.
Əvvəlcə ATU-nun rektoru, professor Akif Süleymanov rəhbərlik etdiyi ali təhsil müəssisəsi haqqında məlumat verib. Universitetin keçdiyi inkişaf yolu və perspektiv planları haqqında danışan rektor qeyd edib ki, Kuala Lumpur Universiteti ilə əməkdaşlığın qurulması da hər iki tərəf üçün səmərəli ola bilər.
Kuala Lumpur Universitetinin tədris və texnologiya üzrə vitse-prezidenti, professor Azanam Şah Haşim isə qeyd edib ki, təmsil etdiyi ali təhsil ocağı 2002-ci ildə qurulub. Universitet hazırda Malayziyada mühəndislik texnologiyaları üzrə mütəxəssis hazırlayan əsas ali təhsil müəssisəsidir. Professor Azanam Şah Haşim bildirib ki, ATU ilə əməkdaşlığa tələbə mübadiləsilə başlamaq üçün hər cür imkan mövcuddur.
Kuala Lumpur Universitetinin Sənaye texnologiyaları fakültəsinin dekanı, dosent Sayrul İzvan Safi isə iki ali təhsil ocağının eyni profil üzrə fəaliyyət göstərməsinin əməkdaşlıq üçün əlverişli zəmin yaratdığını bildirib. Universitetlərdə 15 ortaq ixtisasın mövcudluğunu qeyd edən qonaq bu faktın əməkdaşlığı daha da genişləndirməyə, birgə konfransların təşkilinə və müştərək elmi tədqiqatların aparılmasına imkan verdiyini qeyd edib.
Sonra Azərbaycan Texnologiya Universiteti ilə Kuala Lumpur Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.



 

yuxarı ⤴