1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






“Sülh, mərhəmət, dözümlülük və ədalət İslam dininin dəyərləridir”
15.04.2017 / No13

 

 

 


Sifai SƏFƏROVA

Bakı Dövlət Universitetinin nəzdində “Gənc istedadlar” liseyində “Sülh, mərhəmət, dözümlülük və ədalət İslam dininin dəyərləridir” mövzusunda konfrans keçirilib. Konfransı BDU-nun elm və elmi innovasiyalar üzrə prorektoru, AMEA-nın müxbir üzvü, professor Aydın Kazımzadə açaraq mövzu ilə bağlı ətraflı məlumat verib. Qeyd edib ki, dünya mədəniyyətinin sehrli açarı İslam mədəniyyətinin mahiyyətində və məzmunundadır.
Sonra BDU-nun ilahiyyat fakültəsinin dekanı, akademik Vasim Məmmədəliyev “İslam həmrəyliyi müasir dünyanın ən zəruri tələblərindən biridir” mövzusunda çıxış edib. Bu mövzunun geniş təbliğata ehtiyacı olduğunu vurğulayan akademik İslam həmrəyliyinin multikultural dəyərlərin tərkib hissəsi olduğunu söyləyərək deyib: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci ili ölkəmizdə “İslam Həmrəyliyi İli” elan etməsi onun İslam dünyasının ən böyük ehtiyacını çox dəqiqliklə müəyyənləşdirdiyini sübut edir. Bu sərəncamı Azərbaycan Prezidentinin 2016-cı ilin “Multikulturalizm ili” elan etməsinin davamı kimi də səciyyələndirmək olar. Çünki Azərbaycan multikultural dəyərlər baxımından bütün dünyaya örnək olmaqla yanaşı, İslam həmrəyliyi baxımından da İslam dünyasına örnəkdir. Azərbaycan sözün tam mənasında İslam həmrəyliyi, bütövlükdə dini həmrəylik baxımından model bir ölkədir.
Tədbirdə həmçinin BDU-nun şərqşünaslıq fakültəsinin professoru Nəsrulla Məmmədov “İslamda milli ənənələr və millətlərarası nünasibətlər”, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin analitika şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Rəşad İlyasov “İslam elm tarixində Azərbaycan məktəbi”, BDU-nun ilahiyyat fakültəsinin İslam elmləri kafedrasının baş müəllimi, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov “Azərbaycan nümunəsində İslamda tolerantlıq” mövzularında məruzələrlə çıxış ediblər.
Sonda mövzu ətrafında şagirdləri maraqlandıran suallar cavablandırılıb.



 

yuxarı ⤴