1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






Xalq şairi Nəriman Həsənzadə ilə görüş
15.04.2017 / No13

 

 

 


Bakı şəhəri 58 nömrəli tam orta məktəbdə xalq şairi Nəriman Həsənzadə ilə müəllim və şagirdlərin görüşü oldu. Tədbirin aparıcısı Azərbaycan Yazıçılar Birliyinin üzvü və əməkdaşı şair Nuranə Nur şairin həyat və yaradıcılığı haqqında geniş məlumat verdi. Sonra Nəriman Həsənzadə haqqında film nümayiş etdirdi. Məktəbin direktoru Ulduzxan Abdullayev orta məktəblərdə belə görüşlərin keçirilməsinin əhəmiyyətini vurğuladı. Qeyd etdi ki, Nəriman Həsənzadə ədəbi irsi şagirdlərdə vətənpərvərlik hisslərini daha da gücləndirir, onların elmə, təhsilə marağını artırır.
Görüşdə iştirak edən Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov, şair Qəşəm Nəcəfzadə, təbrizli şair Aqşin Ağkəmər, yazıçı Atababa İsmayılov Nəriman Həsənzadənin ədəbiyyatda və həyatda mövqeyinin həmişə dəyişməz olduğunu qeyd etdilər. Bildirildi ki, Nəriman Həsənzadə ictimai xadim, redaktor, şair kimi daim vətənimizin, xalqımızın sevincini və dərdini ifadə edib. Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Yeganə Əliyeva şairin vətən şeirləri haqqında fikirlərini söylədi. Lap uşaq yaşlarından Nəriman Həsənzadənin yaradıcılığını izləyən və bu gün də onu sevə- sevə oxuyan, həmişə onu görmək arzusu ilə yaşayan, məktəbin şagirdi Şəfəq Qasımlının nənəsi Almaz xanımın şair haqqında dediyi sözlər hamını kövrəltdi.
Şagirdlərdən Ülkər Ömərova, Validə Bayramova, Şəfəq Qasımlı, Nazilə Musayeva, İlkanə Soltanzadə, Səbinə Novruzova, Şəfa Səfərova, Ləman Kərimova, Səma Əsədova və Rəqsanə Əliyeva şairin şeirlərini söylədilər. Sonda Nəriman Həsənzadə məktəb rəhbərliyinə təşəkkür etdi, şagird və müəllimlərin suallarını cavablandırdı, kitablar imzaladı və xatirə şəkilləri çəkildi.



 

yuxarı ⤴