1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//08.12.2017

//08.12.2017

//08.12.2017

//08.12.2017



 
 
Qazaxıstanlı tələbələr elmi təcrübə keçirlər
15.04.2017 / No13

 
 

 

 


Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə T.K.Jurqenova adına Qazaxıstan Milli İncəsənət Akademiyası arasında imzalanan əməkdaşlıq müqaviləsinə əsasən 9-20 aprel 2017-ci il tarixlərində akademiyanın müxtəlif ixtisasları üzrə təhsil alan I kurs magistr tələbələri ADMİU-da elmi təcrübə keçəcəklər.
Teatr sənəti fakültəsində Natalya Menşikova, Aydın Berdiyarova, Saya Bakıt, Daniya Batırxanova (xoreoqrafiya), Bayan Beketaeva (rejissor), rəssamlıq fakültəsində Kseniya Omelçenko (təsviri sənət), Samal Mamitova, Talğat Əbdildayev (sənətşünaslıq), musiqi sənəti fakültəsində Tolğanay Pazılakın, Miras Sabitov (estrada sənəti), Janqali Musayev, Kuanış Altıbayev (ənənəvi musiqi sənəti) dissertasiya mövzusunda araşdırmalar aparacaqlar. Tələbələr ADMİU-nun Kitabxana və İnformasiya Mərkəzində, Azərbaycan Milli Kitabxanasında və Azərbaycan Milli İncəsənət Muzeyində məlumatlar əldə edib, universitetin professor-müəllim heyətinin dərslərində elmi təcrübə keçərək, müxtəlif mövzular üzərində müzakirələr aparacaqlar.
Tələbələrin Bakıya səfəri çərçivəsində elmi təcrübə ilə yanaşı gündəlik mədəni proqram da təşkil edilib. Onlar 10 gün ərzində Şəhidlər Xiyabanı, Şirvanşahlar Sarayı Kompleksi, Azərbaycan Xalça Muzeyi, Azərbaycan Tarix Muzeyi, Bakı Müasir İncəsənət Muzeyi, Muzey Mərkəzi, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Qobustan Milli Tarix-Bədii Qoruğunu ziyarət edib, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Heydər Əliyev sarayında, Azərbaycan Dövlət Filarmoniyası və ADMİU-da keçirilən konsert və tədbirlərdə iştirak edəcəklər.



 

yuxarı ⤴