1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Gənclərin dəqiq elmlərə marağını artıracaq layihə
15.04.2017 / No13

 
 

 

 


Bakı Mühəndislik Universitetində elm və texnologiyalara həvəsi olan gənclərə öz maraqlarını ictimaiyyətlə bölüşməyə imkan verən FameLab layihəsinin yarımfinal mərhələsinə start verilib. Bu mərhələyə 30-dək layihə seçilib. Yarışın qaydasına əsasən hər bir iştirakçı 3 dəqiqə ərzində layihəsini təqdim etməlidir.
Bakı Mühəndislik Universitetinin rektoru, professor Havar Məmmədov çıxış edərək rəhbərlik etdiyi universitetin yeni yaradılmasına baxmayaraq yüksək səviyyəli kadrlar hazırlanması üçün innovativ texnologiyalara əsaslanan bütün layihələrin keçirilməsini dəstəklədiyini bildirib. Rektor məqsədi elmi sevdirmək və gənclərin dəqiq elmlərə marağını artırmaq olan FameLab layihəsinin keçirilməsinin əhəmiyyətli olduğunu söyləyib.
“British Council”in nümayəndəsi Nigar Nəsrullayeva BMU ilə əməkdaşlıqdan məmnun olduqlarını bildirib. O, yarışmanın qaydalarını izah edib və iştirakçılardan əyləncəli çıxışlar gözlədiyini qeyd edib.
Sonda təqdimatlar münsiflər tərəfindən qiymətləndirilib və 10 nəfər finalda iştirak hüququ qazanıb. FameLab milli istedad yarışmasının may ayında final mərhələsində qalib gələn layihə Böyük Britaniyada keçiriləcək Çeltenham Elm Festivalında iştirak etmək hüququ qazanacaq.



 

yuxarı ⤴