1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Naxçıvan Dövlət Universitetində konfrans
15.04.2017 / No13

 
 

 

 


Naxçıvan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsində bu ali təhsil ocağının 50 illiyinə həsr olunmuş elmi konfrans keçirilib. Bu barədə NDU-nun mətbuat şöbəsindən aldığımız məlumatda bildirilir.
Tədbiri giriş sözü ilə açan rektor, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 14 yanvar 2017-ci il tarixdə Naxçıvan Dövlət Universitetinin 50 illik yubileyinin keçirilməsi ilə bağlı imzaladığı Sərəncamı ali təhsilin inkişafına göstərilən yüksək dövlət qayğısı kimi dəyərləndirib. Muxtar respublikada bütün sahələrə olduğu kimi, dəqiq fənlərin də inkişafına göstərilən diqqətdən danışan rektor universitetdə fizika, biologiya və kimya fənlərinin mükəmməl tədrisi üçün maddi-texniki bazanın mövcud olduğunu, yeni-yeni avadanlıqların alınaraq kabinə və laboratoriyalara verildiyini bildirib. İnformatikanın digər elm sahələrinə təsirindən danışan rektor qeyd edib ki, bütün sahələrdə hesablamalardan istifadə olunur, bu da öz növbəsində informatikanı daha yaxşı öyrənmək zərurətini yaradır.
İnformatika kafedrasının dosenti, riyaziyyat üzrə fəlsəfə doktoru Vüqar Salmanov “Müasir təhsil sistemində “Visual Basic” proqramlaşdırma dilinin rolu” adlı təqdimat edib. Sonra hazırlanmış slayd vasitəsilə verilənlər bazası, Visual Basic proqramlaşdırma dilindən istifadə qaydaları, imkanları və üstünlükləri haqqında tədbir iştirakçılarına məlumat verilib.
“Naxçıvan Dövlət Universiteti mənim həyatımda” adlı məruzə ilə çıxış edən riyazi analiz kafedrasının müdiri, dosent Elşad Ağayev ali təhsil ocağının yaranma tarixi, inkişaf yolu və universitetdəki fəaliyyəti haqqında danışıb.
Sonda universitetin tarixinə aid fotoslayd nümayiş olunub.


 

yuxarı ⤴