1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






İslam həmrəyliyi: elm və təhsildə hədəflər
15.04.2017 / No13

 
 

 

 


Aprelin 14-də Azərbaycan Dövlət Pedaqoji Universitetində “İslam həmrəyliyi elm və təhsildə: hədəflər və çağırışlar” mövzusunda Respublika elmi konfransı keçirilib.
Konfransı giriş sözü ilə açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov elmi məclisin 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında Azərbaycan Prezidentinin sərəncamına uyğun olaraq keçirildiyini bildirib. Rektor qeyd edib ki, İslam dini humanist, dünyəvi, ümumbəşəri və demokratik, insanları əmin-amanlığa, sülhə, xeyirxahlığa, həmrəyliyə səsləyən dindir. Azərbaycan xalqı İslami dəyərlərə böyük qiymət verir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş sağlam dövlət-din münasibətləri yüksək səviyyədə inkişaf edir. Ölkə rəhbərliyinin müdrik siyasəti nəticəsində Azərbaycanda mövcud olan tolerantlıq və multikulturalizm bütün dünya üçün layiqli nümunədir. Rektor diqqətə çatdırıb ki, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının, ISESCO-nun, həmçinin müsəlman ölkələrini birləşdirən digər mötəbər qurumların üzvü seçilərək İslam aləmi ilə qarşılıqlı faydalı münasibətlər qurmuş, qlobal əhəmiyyətli bir sıra mühüm mədəni forumların təşkilatçısı kimi çıxış etmişdir.
ADU-nun rektoru vəzifəsini icra edən professor Əfqan Abdullayev, BDU-nun elmi işlər üzrə prorektoru, AMEA-nın müxbir üzvü, professor Aydın Kazımzadə çıxış edərək konfransın aktual mövzuya həsr edildiyini bildiriblər.
Plenar iclasda Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayevin “İslami dəyərlər və şəxsiyyətin formalaşması”, ADPU-nun Azərbaycan dilçiliyi kafedrasının müdiri, professor Nizami Xudiyevin “İslam həmrəyliyi birlik və Əməkdaşlıq hərəkatı kimi”, BDU-nun Türk xalqlarının tarixi kafedrasının professoru Nisbət Mehdiyevanın “XIX əsrdə Qazaxıstanda dini və dünyəvi təhsil” mövzularında məruzələri dinlənilib.
Plenar iclasdan sonra konfrans işini 4 elmi bölmədə davam etdirib. Bölmələr üzrə 65 məruzə dinlənilib. Sonda bölmə rəhbərlərinin hesabatı əsasında yekun qərar qəbul edilib və hər bölmə üzrə “Ən yaxşı məruzə” müəllifləri seçilib.



 

yuxarı ⤴