1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 29.04.2017


 

 
Tələbənin fərdi yaradıcılıq sərgisi açılıb
15.04.2017 / No13

 

 

 


Aprelin 12-də Azərbaycan Memarlıq və İnşaat Universitetinin Sərgi salonunda memarlıq fakültəsinin dizayn ixtisasında təhsil alan 3-cü kurs tələbəsi Xuraman İbadullayevanın fərdi yaradıcılıq sərgisi açılıb. Sərgini memarlıq fakültəsinin dekanı Zahidə Məmmədova açıb.
X.İbadullayeva sərgidə iştirak edən AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədovaya və tədbir iştirakçılarına öz təşəkkürünü bildirib.
AzMİU-nun rektoru, professor G.Məmmədova X.İbadullayevaya yaradıcılığında və təhsilində uğurlar arzulayıb. Sonra sərginin qırmızı lenti kəsilib, tədbir iştirakçıları gənc dizaynerin əsərləri ilə tanış olublar.
X.İbadullayevanın pastel, yağlı boya, karandaş, qələmlə çəkdiyi rəsmlərdən ibarət əl işləri nümayiş olunub. Sərgidə əsasən, natürmort, şəhər mənzərəsi janrında çəkilmiş rəngbərəng, müxtəlif güllər, Şirvanşahlar sarayı, Qız qalası, İçərişəhər, şüşə üzərində gül, binalar, insan təsvirləri yer alıb. Eyni zamanda buta elementlərindən istifadə etməklə insan siluetləri təsvirləri də sərgidə ziyarətçilər tərəfindən maraqla qarşılanıb.
Tədbirdə universitetin fakültə, kafedra və ictimai təşkilatlarının nümayəndələri, tələbələr iştirak ediblər.
Onu da qeyd edək ki, bu sərgi universitetin Sərgi salonunda nümayiş olunan 100-cü sərgidir. Xatırladaq ki, sərgi aprelin 21-dək davam edəcək.



 

yuxarı ⤴