1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






Dünyanın ən gənc universitetlərinin reytinqi
15.04.2017 / No13

 

 

 


Oruc MUSTAFAYEV

Böyük Britaniyanın təhsil sahəsində ixtisaslaşmış “Times Higher Education Rankings” jurnalı 2017-ci il üzrə dünyanın yaşı 50-dən çox olmayan ən yaxşı universitetlərinin sayca 6-cı illik reytinq cədvəlini açıqlayıb. Öz ölkələrində 50 il əvvəl yaradılmış ən gənc universitetlərin reytinq cədvəlinə son 2 ildə davamlı olaraq İsveçrənin Lozanna Ali Politexnik Məktəbi başçılıq edir. İlk 10-luqda Honkonq Elm və Texnologiya Universiteti (Honkonq), Nanyanq Texnologiya Universiteti (Sinqapur), Pohanq Elm və Texnologiyalar Universiteti (Cənubi Koreya), KAİST Qabaqcıl Elm və Texnologiyalar İnstitutu (Cənubi Koreya), Maastrixt Universiteti (Niderland ), Honkonq Şəhər Universiteti (Honkonq), Ulm Universiteti (Almaniya), Karlsrux Texnologiya İnstitutu (Almaniya), Scuola Superiore Sant'Anna Universiteti (İtaliya) yer alıblar. Bütövlükdə 48 ölkədən 200 ali məktəbin təmsil olunduğu reytinqin ilk 50 sırasında yer almış 29 universitet Avropada, 7-si isə Asiyada yerləşir. Sıralamanın ilk onluğunda 5 Asiya universiteti yer alıb. Bütövlükdə ilk 100-lüyə 40 ölkənin ali məktəbi daxil olub. Ən yaxşı 100 universitet sıralamasında Avstraliya 16, Fransa 12, İtaliya 10, Almaniya 9, ABŞ 5, İspaniya, Türkiyə və Böyük Britaniya 4, Honkonq 3, Cənubi Koreya 2 universitetlə təmsil olunub.
Reytinqin məqsədi ali təhsil məkanında güclü rəqiblərlə rəqabətə qoşulmaqdan çəkinməyən gənc, dinamik ali məktəblərin inkişafını izləməkdir. Reytinq tərtib olunarkən ali məktəblərin akademik nüfuzu, tələbə-müəllim nisbəti, bir elmi-pedaqoji işçiyə düşən elmi məqalələrdən sitatgətirilmə, işəgötürənlər arasında nüfuzu, əcnəbi tələbə və müəllimlərin sayı kimi kriteriyalar nəzərə alınır. Reytinqlə daha ətraflı www.timeshighereducation.com/world-university-rankings/2017/young-university-rankings səhifəsindən tanış olmaq olar.
 

Dünyanın ən gənc universitetlərinin reytinqi


 

yuxarı ⤴