1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





SDU-nun tələbələri sertifikata layiq görülüblər
15.04.2017 / No13

 
 

 

 


Sumqayıt Dövlət Universitetinin Mətbuat xidmətindən bildirilir ki, aprelin 2-dən 9-dək TEC-in elmi rəhbəri, dosent İslam Paşayevin rəhbərliyi ilə üç tələbə Rusiyaya səfər edərək Pskov Dövlət Universitetində keçirilən beynəlxalq gənclər elmi-praktiki konfransda iştirak edib. Konfransda filologiya fakültəsinin II kurs tələbəsi Nailə Zeynalova “Məktəbəqədər uşaqların ingilis dilini öyrənməsində nağılların rolu”, fizika və elektroenergetika fakültəsinin III kurs tələbəsi Tofiq Adıgözəlov “Silisium əsaslı Şotki diodlarının tədqiqi”, kimya və biologiya fakültəsinin II kurs tələbəsi Saleh Fərəcov “Propantriol əsaslı aminospirtlərin sintezi və xassələri” mövzularında məruzə ediblər. Nəticədə bölmə iclaslarında dinlənilən məruzələr yüksək qiymətləndirilərək xüsusi mükafata və sertifikata layiq görülüb.

Şakir CƏFƏROV



 

yuxarı ⤴