1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






Yeni layihənin icrasına start verilib
15.04.2017 / No13

 
 

 

 


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Gənclərin Elmi Araşdırmalar Mərkəzi” İctimai Birliyi “Məktəblilərin ictimai fəallığının artırılması və ekoloji aksiyaların təşkili” adlı layihənin icrasına start verib.
Layihənin əsas məqsədi yeniyetmə və gənclər arasında ekoloji mühitin formalaşdırılması, onlar arasında sağlam həyat tərzini təbliği üçün ekoloji aksiyaların təşkil edilməsindən ibarətdir.
Birlik sözügedən layihə çərçivəsində Bakı şəhərində 3 ay müddətində mövzu ilə bağlı yeniyetmə və gənclərin iştirakı ilə ekoloji seminarlar və iməcilik aksiyası keçirəcək. Tədbirlərə cəlb olunan yeniyetmə və gənclər maarifləndiriləcək və iməcilik aksiyalarında iştirak edəcəklər.
Həyata keçirilən layihədən ümumilikdə 200-dən artıq yeniyetmə və gənc faydalanacaq.


 

yuxarı ⤴