1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





“XXI əsrdə tədris: İnteqrasiya, innovasiya, motivasiya”
15.04.2017 / No13

 
 

 

 


“XXI ƏSR” Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzində “XXI əsrdə tədris: inteqrasiya, innovasiya və motivasiya” adlı konfrans keçirilib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin təsviri sənət tarixi və nəzəriyyəsi kafedrasının müəllimi Fəxri Məmmədli konfransda “Sinfin idarə olunması” mövzusu ilə təlimçi qismində iştirak edib. Təlimdə sinfin effektiv idarə edilməsi, xarici ölkələrin təcrübəsi, modern təhsildə şagird müstəvisində qurulan məsələlər və yeni yanaşmalar öz əksini tapıb.
Konfransın məqsədi ölkəmizdə və onun hüdudlarından kənarda olan təhsil müəssisələri arasında körpülər qurmağa, bilik və təcrübələri bölüşməyə, tədris üsullarının inkişafına və gücləndirilməsinə yönəlib.
Azərbaycan, rus və ingilis dillərində aparılan konfransa ümumilikdə 600 nəfərdən artıq təhsil işçisi qatılıb. Sonda iştirakçılara sertifikat verilib.



 

yuxarı ⤴