1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
“Qələbə bizimlədir”
15.04.2017 / No13

 

 

 


Rəşad ZİYADOV

Xırdalan şəhər 2 nömrəli tam orta məktəbdə “Qələbə bizimlədir” adlı tədbir keçirilib. Azərbaycan Ordusunun aprel qələbələrinin ildönümünə həsr olunmuş toplantı torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməklə başlayıb.
Əvvəlcə şagirdlərə 1-4 aprel 2016-cı ildə Milli Ordumuzun əks-hücumu zamanı əsgərlərimizin göstərdikləri şücaətdən bəhs olunan videoçarx nümayiş etdirilib.
Məktəbin direktoru Ədalət Camalova çıxış edərək bildirib ki, 2016-cı ilin aprel döyüşlərinin baş verdiyi hər gün hamımız üçün böyük bir sınaq günləri oldu. Həmin günlər Milli Ordumuzun əsgərləri öz canları və qanları hesabına doğma Vətən torpaqlarının hər bir qarışının bizlər üçün nə qədər əziz olduğunu bir daha sübut etdilər. Ə.Camalova qeyd edib ki, aprel döyüşlərində əldə etdiyimiz qələbədə vətənpərvərlik tərbiyəsinin əvəzsiz rolu danılmazdır. Bu döyüşlərdə qazanılmış qələbədə gənclərin yüksək vətənpərvərlik nümayiş etdirməsi, nikbin əhvali-ruhiyyə sərgiləməsi Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu gənclər siyasətinin nəticəsidir. Həmin döyüşlərdə Milli Ordumuzun hərbiçiləri şəhidlik zirvəsinə yüksələrək öz canları və qanları hesabına hər birimizə çoxdan gözlədiyimiz qələbənin yollarını göstərdilər. 2016-cı il aprel ayının 1-dən 2-nə keçən gecədən başlayaraq cəbhə bölgəsində Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş dördgünlük müharibə zamanı Milli Ordumuz strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqəsini işğaldan tam azad etdi. Sonda tezliklə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında üçrəngli bayrağımızın doğma Qarabağın hər bir guşəsində dalğalanacağına inam ifadə olunub.



 

yuxarı ⤴