1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
BŞTİ-də hesabat-seçki yığıncağı
15.04.2017 / No13

 

 

 


Bakı Şəhəri üzrə Təhsil İdarəsi Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki yığıncağı keçirilib.
Hesabat-seçki yığıncağında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, BŞTİ-nin struktur bölmə rəhbərləri və əməkdaşları iştirak ediblər.
Yığıncaqda Bakı Şəhəri üzrə Təhsil İdarəsi Həmkarlar İttifaqı Komitəsinin 2012-ci ilin aprel ayından 2017-ci ilin aprel ayınadək olan dövr ərzindəki fəaliyyəti haqqında hesabat məruzəsi və Təftiş Komissiyasının hesabatı dinlənilib. Daha sonra təşkilati məsələlər müzakirə olunub.
Hesabat məruzələrindən sonra çıxış edənlər ölkəmizdə ən böyük ictimai təşkilatlardan biri olan ATİAHİ Respublika Komitəsinin BŞTİ-də çalışanların sosial rifahının yaxşılaşdırılması, əmək hüquqlarının müdafiəsi və asudə vaxtlarının səmərəli təşkili baxımından üzərinə düşən vəzifələri nəzərə çatdırıb, bu istiqamətdə qarşıda duran digər məsələlərdən söhbət açıblar. Yığıncaq iştirakçıları Bakı Şəhəri üzrə Təhsil İdarəsi Həmkarlar İttifaqı Komitəsinin hesabat dövründəki fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.
Sonda təşkilati məsələlərə baxılıb. Həmkarlar İttifaqı Komitəsinin yeni üzvləri və sədri, eləcə də Təftiş Komissiyasının yeni heyəti seçilib.



 

yuxarı ⤴